Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin buraxdığı dəhşətli geosiyasi səhv və Rusiyanın gələcəyi...

Rusiya prezidenti nüvə silahından belə istifadə edə biləcəyini dilə gətirdi...

Siyasi-şərhçi: “Putinin səhvi təkcə böyük səhv deyil, bu, faciəvi, dramatik səhvdir. Faktiki olaraq bu səhv Rusiyanı böyük geosiyasi proseslərdən demək olar ki, kənara qoydu və ölkənin fəlaiyyət məkanını daraltdı”.

Rusiyanın Ukraynada ortaya çıxardığı hərbi potensial hər kəsi təəccübləndirdi və məlum oldu ki, Rusiyanın iddia etdiyi müasir silahları yoxdur və çəkilən “multfilmlər” elə multfilmdir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Putinin xalqa müraciətindən hiss olunurdu ki, o, buraxdığı dəhşətli geosiyasi səhvin fərqindədir, lakin bunu nə etiraf edə bilir, nə də geri addım atmaq imkanı var. Putin hətta müharibədə qələbəsini təmin etmək üçün nüvə silahından belə istifadə edə biləcəyini dilə gətirdi.

Qismən səfərbərlik elan edən Rusiya prezidenti əslində bununla əslində müharibəni uduzduğunu etiraf etmiş oldu. Çünki müharibənin Rusiya sərhədləri kənarında aparıldığını nəzərə alarsaq bu addım Rusiya hərb maşının nə qədər zəif olduğunu ortaya qoymuş oldu. Qeyd edək ki, Rusiya çoxlu müharibələr aparmasına və dünyanın altıda bir hissəsini işğal etməsinə baxmayaraq tarixi boyunca cəmi üç dəfə səfərbərlik elan edib. Birinci dəfə 1914-cü, Birinci Dünya Müharibəsi başlayandan sonra, ikinci dəfə 1941-ci idə Hitler Almaniyasının SSRİ-yə hücumundan sonra səfərbərlik elan olunmuşdu. Rusiya üçüncü dəfə dünən səfərbərlik elan etdi və bu səfərbərlik əslində Ukraynanın əks-hücumları qarşısında Rusiyanın hərb maşının aciz qalmasının açıq göstəricisi oldu.

Dünən BMT-dəki çıxışında Lavrovun “hərbi əməliyyatlar son məqsədə çatana qədər davam edəcək”, söyləməsi də Moskvanın heç də nikbin olmadığını ortaya qoydu. Bəs Rusiya bu üzücü müharibəyə nə qədər davam gətirə bilər? Rəsmi olaraq elan olunan 300 min nəfərin səfərbərliyə cəlb olunması cəbhədə vəziyyəti dəyişə bilərmi? Ən əsası isə bu 300 min nəfərin silahlandırılmasını, geyindirilməsini, yedizdirilməsini və digər təminatlarını həyata keçirə biləcəkmi? Axı hazırda Ukrayna cəbhəsində olan 200 minə qədər əsgərin təminatında ciddi problemlər yaşanır və müharibənin başlanğıcından bu günə qədər döyüşən ordunun təminatı acınacaqlı vəziyyətdədir. Ukrayna ordusu isə Rusiya ordusunun təminat bazalarına dayanmadan zərbələr endirir və son iki ayda Rusiya ordusu həm lojistik olaraq, həm də təminat sahəsində ciddi problemlər yaşamaqdadır. Bu da ön cəbhədə əsgərlərin psixoloji vəziyyətinə ağır şəkildə mənfi təsir göstərir.

Digər tərəfdən isə Rusiyada artıq Putinin başlatdığı müharibənin heç də ədalətli olmadığı haqqında rəy rormalaşıb və dünəndən başlayaraq səfərbərlik elan olunandan sonra bu katoqoriyaya aid olan insanlar Rusiyadan çıxmağa çalışırlar. Səfərbərliyə qarşı etiraz edən insanlar isə artıq küçələr çıxırlar. Bu faktorlar da Putinin elan etdiyi səfərbərliyin heç də istənilən nəticələri verməyəcəyindən xəbər verir.

Hazırkı durumda Rusiya-Ukrayna müharibəsinin sonucunu necə görmək olar və Putinin buraxdığı geosiyasi səhv Rusiyanın gələcəyinə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Putin heç nə edə bilməyəcək. Çox güman ki, Putini öz ətrafı dəyişəcək və çalışacaqlar ki, vəziyyətdən çıxsınlar”.

Bundan sonra Rusiyanın aqressiv siyasət yürüdə bilməyəcəyini vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, o beynəlxalq güclərlə hesablaşmağa məcbur olacaq:

“Putinin səhvi təkcə böyük səhv deyil, bu, faciəvi, dramatik səhvdir. Faktiki olaraq bu səhv Rusiyanı böyük geosiyasi proseslərdən demək olar ki, kənara qoydu və ölkənin fəlaiyyət məkanını daraltdı. Şübhəsiz ki, indi Putini qorxuya salan məsələ bütün bu baş verənlərə görə cavab vermək, məsuliyyətini daşımaq məsələsidir. Çünki Ukrayna ağır hərbi cinayətlər baş verib, mülki əhali raketlərlə atəşə tutularaq öldürülüb və Ukraynanın böyük şəhərləri yerlə yeksan olub. Ruslardan azad olunan ərazilərdə işgəncə ilə öldürülən yüzlərlə mülki vətəndaş aşkarlanır. Bu məsuliyyət təkcə beynəlxalq səviyyədə, ölkənin xaricində deyil, bu həm də ilk növbədə ölkənin daxilində olan məsuliyyətdir və Putin öz ətrafı ilə bütün bu baş verənlərə görə cavab verməlidir.

Putin məhz bu avantüraya başlayanda beynəlxalq səviyyədə onu çəkindirməyə çalışırdılar. Eyni zamanda Rusiyanın siyasi elitasında da bu müharibəni istəməyənlər çox idi. Amma Putin özünün istədiyini silahdaşlarına zorla qəbul etdirdi. Buna görə də bu gün o, məsuliyyəti daşımalıdır. Putin hesab edirdi ki, müharibə çox qısa zamanda bitəcək və Qərb reallıqla barışmalı olacaq. Amma bu baş vermədi və 6 aydan artıq davam edən müharibə bir şeyi ortalığa qoymaqdadır. Nə olursa-olsun, Putin baş verənlərə görə cavab verəcək. Bunu artıq hər kəsdən daha yaxşı Putin özü bilir.

Ərəstun Oruclu: “Müharibədən sonra Rusiya bir imperiya olaraq mövcud olmayacaq. Hətta ola bilsin Rusiyada mərkəzdənqaçma sürətlənsin və daxili qopmalar baş versin”.

Mən düşünmürəm ki, nüvə silahını tətbiq etmək bu qədər asan olsun. Sadəcə olaraq Putin hədə-qorxu gəlir. Ümumiyyətlə Putin siyasətdə şantajı daha çox sevir və şantajdan bir alət kimi həmişə istifadə edir. Ukraynada Rusiyanın məğlub olması artıq şübhə doğurmur və bu proses bu gün özünün kuliminasiya nöqtəsinə çatıb. Belə də davam edəcək. Müharibə resursların toqquşması, üz-üzə gəlməsidir. Rusiyanın resursları ilk növbədə də hərbi potensial göz önündədir. Açığı deyim ki, Rusiyanın Ukraynada ortaya çıxardığı hərbi potensial hər kəsi təəccübləndirdi və məlum oldu ki, Rusiyanın iddia etdiyi müasir silahları yoxdur və çəkilən “multfilmlər” elə multfilmdir.

Ona görə də səfərbərlim elan etsə belə, Putin heç nə edə bilməyəcək. Çox güman ki, Putini öz ətrafı dəyişəcək və çalışacaqlar ki, vəziyyətdən çıxsınlar. Amma bu Rusiyanın azı 20-25 il geri atılması deməkdir. Bəlkə də Rusiyanın bir daha imperiya olaraq ayağa dura bilməməsidir. Əgər bu müharibədən sonra Rusiya parçalanmasa belə, bundansonra Rusiya artıq aqressiv siyasət yürüdə bilməyəcək. Moskva beynəlxalq güclərlə hesablaşmağa məcbur olacaq və keçmiş postsovet məkanında tamamilə fərqli reallıqlar yaranacaq. Bu reallıqlar isə çox fərqli bir geosiyasət formalaşdıracaq. Təxminən bu SSRİ-nin dağılmasından sonrakı mərhələyə bənzəyir. Bir daha qeyd edim ki, müharibədən sonra Rusiya bir imperiya olaraq mövcud olmayacaq. Hətta ola bilsin Rusiyada mərkəzdənqaçma sürətlənsin və daxili qopmalar baş versin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir?

Niyazi Bayramovun 53 milyonluq idman sarayı - Hara gedir bu milyonlar?..

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

““Xalq düşməni" elan olunduqdan bəri belə görüşüm olmamışdı” - Əkrəm Əylisli

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik

Vətəndaş çarəsizliyi və Vüqar Zeynalovun binasının çözülməz dərdləri...

Əhədpuru yenə məhkəməyə verdilər – Təfərrüat

Rusiyada səfərbərlikdən yayınmaq üçün qeyri-adi mübarizə üsulu - Video

Ermənistan mətbuatı: Paşinyan sülh müqaviləsinin mətni ilə Praqaya gedir

İki gündür eyvandan Ninasını çağıran kişini sakitləşdirmək olmur - Video

Ən çox oxunanalar