Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED uçot dərəcəsini qaldırdı... - Bu yolla dünya iqtisadiyyatı yeni böhranı adlaya biləcəkmi?

Dünən ABŞ Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini 3-3,25%-ə qaldırıb...

İqtisadçı-ekspert: “Əslində, dünyada Mərkəzi Banklar və hökumətlər çox çətin vəziyyətlə üzləşiblər. Obrazlı desək, Mərkəzi Banklar və hökumətlər pislə, çox pis arasında seçim qarşısında qalıblar”.

“Bütün hallarda ümid edək ki, dünya iqtisadiyyatının aparıcı ölkələri bu böhranı adlaya bilmək üçün ümumi maraqlara daha çox üstünlük verəcək və alacaqları siyasi qərarlar da bu yöndə olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artımasını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb. Tənzimləyici orqan olan FED 2022-ci ildə ABŞ-da ÜDM-nin artımı proqnozunu 1,7%-dən 0,2%-ə qədər azaldıb, həmçinin ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 5,2%-dən 5,4%-ə, 2023-cü ildə 2,6%-dan 2,8%-ə, 2024-cü ildə isə 2,2%-dən 2,3%-ə qaldırıb.

Onu da qeyd edək ki, FED ABŞ-da 2022-ci il üçün işsizlik proqnozunu 3,7%-dən 3,8%-ə, 2023-cü ildə isə 3,9%-dən 4,4%-ə yüksəldib.

FED-in açıqladığı bu rəqəmlər isə yaxın illərdə dünya iqtisadiyyatına yeni və ağır böhranın hakim olacağından xəbər verir.

FED-in dünənki qərarını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Hətta yaxın zamanlarda dünyada yeni bir resessiya dalğasını da görə bilərik”.

Dünya iqtisadiyyatında gedən proseslərin iqtisadi aktivliyi zəiflətdiyini nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, bundanda iş yerləri qapanır və iqtisadi daralmalar sürətlənir. Ekspertin fikrincə dolların faiz dərəcəsinin belə sürətlə artmasının müsbət və mənfi tərəfləri var və bu addım hələ bir müddət dünya iqtisadiyyatında ciddi əks səda doğuracaq:

“Əslində, dünyada Mərkəzi Banklar və hökumətlər çox çətin vəziyyətlə üzləşiblər. Obrazlı desək, Mərkəzi Banklar və hökumətlər pislə, çox pis arasında seçim qarşısında qalıblar. Çox pis odur ki, infilyasiya hər gün artır və ciddi qiymət artımı sosial etirazları da özüylə birlikdə gətirir. Bu proseslə mübarizədə də uçot dərəcəsini artırmaq lazımdır. Kreditləri bahalaşdırmaq, tələbləri azaltmaq lazımdır və hazırda bunu bunu FED və digər Mərkəzi Banklar edir.

Pis tərəf isə ondan ibarətdir ki, bu iqtisadi aktivliyin zəifləməsinə, hətta resessiyaya gətirib çıxara bilər. İş yerləri qapana bilər, iqtisadi aktivlik zəifləyə bilər və deyim ki, bu proses artıq başlayıb. Xüsusən Avropada və dünyada qazın qiymətinin ən yüksək həddə çıxması vəziyyəti daha da pisləşdirir. Enerji qiymətlərinin artması həm istehsala, həm də istehlaka mənfi təsir edir və biz artıq Avropada sosial yönlü etirazlara şahid olmaqdayıq. Buna görə də qiymətlərin qarşısının alınması vacibdir. Təbii ki, dolların faiz dərəcəsinin belə sürətlə artmasının müsbət və mənfi tərəfləri var. Ona görə də, bu addım hələ bir müddət dünya iqtisadiyyatında ciddi əks səda doğuracaq.

Natiq Cəfərli: “Böhrandan daha tez və az itki ilə çıxmağın yolu geosiyasi sabitliyə nail olmaqdır”.

FED rezerv sistemindən sonra, digər Mərkəzi Banklar da faiz dərəcələrini artırırlar. Ola bilər ki, bu infilyasiyanı az da olsa, aşağı çəkməyə imkan yarada bilər. Yəni infilyasiya indiki səviyyədən aşağı düşə bilər. Amma nəticə etibarilə orta və uzun vadədə bu iqtisadi aktivliyə çox böyük zərbə vuracaq. Hətta yaxın zamanlarda dünyada yeni bir resessiya dalğasını da görə bilərik.

Hər bir halda dünya iqtisadiyyatı yeni böhranla qarşılaşıb və bu böhran bütün dövlətlərə, o cümlədən sadə insanların yaşam səviyyəsinə təsir edəcək. Böhrandan daha tez və az itki ilə çıxmağın yolu geosiyasi sabitliyə nail olmaqdır. Lakin nəzərə alsaq ki, geosiyasi dalğalanma prosesi başlanğıc nöqtəsindədir, o zaman deyə bilərik ki, böhran daha uzun müddətli və daha sarsıdıcı ola bilər. Bütün hallarda ümid edək ki, dünya iqtisadiyyatının aparıcı ölkələri bu böhranı adlaya bilmək üçün ümumi maraqlara daha çox üstünlük verəcək və alacaqları siyasi qərarlar da bu yöndə olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar