Cümə axşamı, 29 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb? - Video

Bakının qəsəbə və kəndləri onların üzünü görməyib, köhnə nəqliyyat vasitələrinin ümidinə qalıb...

Bakı Nəqliyyat Agentliyi (BNA) Türkiyədən yeni avtobuslar gətirsə də, Bakının qəsəbə və kəndləri onların üzünü görməyib, köhnə nəqliyyat vasitələrinin ümidinə qalıb.

PİA.az "Azadlıq Radiosu"nun yaydığı məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, həmçinin ətraf qəsəbə və kəndlərdə daşıyıcı şirkətlər arasında ciddi pərakəndəlik, qeyri-sağlam, anormal vəziyyət var. Belə ki, borca girərək, kredit götürərək avtobus parkını yeniləyən daşıyıcı şirkətlər də, istifadə müddətini başa vurmuş avtobuslarla sərnişin daşıyan şirkətlər də adam başına eyni qiymətə - 30 qəpiyə sərnişin daşıyır.

Elə daşıyıcı şirkətlər var ki, avtobus parkını yeniləmək onlar üçün mümkün deyil. Bunun əsas əziyyətini də sərnişinlər çəkir, isti yay günlərində uzaq məsafələri istifadə müddətini başa vurmuş köhnə və kondisionersiz avtobuslarda getməli olurlar. Xəbərdə yer verilən ekspert rəyinə görə, Bakıda metro xidməti dövlət dotasiyası ilə işlədiyi kimi avtobus nəqliyyatında da bu sistem tətbiq edilməlidir.

Mətbuat orqanının əməkdaşı "BakuBus" MMC-nin deposuna baş çəkib və onlarla avtobusun orada "tozlandığının" şahidi olub.

Daha ətraflı:

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir?

Niyazi Bayramovun 53 milyonluq idman sarayı - Hara gedir bu milyonlar?..

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

““Xalq düşməni" elan olunduqdan bəri belə görüşüm olmamışdı” - Əkrəm Əylisli

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik

Vətəndaş çarəsizliyi və Vüqar Zeynalovun binasının çözülməz dərdləri...

Əhədpuru yenə məhkəməyə verdilər – Təfərrüat

Rusiyada səfərbərlikdən yayınmaq üçün qeyri-adi mübarizə üsulu - Video

Ermənistan mətbuatı: Paşinyan sülh müqaviləsinin mətni ilə Praqaya gedir

Ən çox oxunanalar