Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan XİN Praqada Paşinyanla Ərdoğan arasında görüşü istisna etmir - Yenilənib

ABŞ-ın Nyu-York şəhərinə səfərdən qayıdan Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırıb...

Rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmir.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

“Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - deyə Hunanyan bildirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilər.

ABŞ-ın Nyu-York şəhərinə səfərdən qayıdan Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Praqada keçiriləcək sammitdə iştirakla bağlı suala cavabında hazırda dəyərləndirmələr apardıqlarını qeyd edib.

“Hazırda Praqada Avropa Siyasi Birliyinin Sammiti keçirilir. Sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Praqadakı sammitdə iştirak etsək, Paşinyanın oraya gəlmək ehtimalı var. Həmçinin o, sammitdə görüşümüzün baş tutma variantını nəzərdən keçirir deyəsən. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət imkanımız olsun. Amma təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir?

Niyazi Bayramovun 53 milyonluq idman sarayı - Hara gedir bu milyonlar?..

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

““Xalq düşməni" elan olunduqdan bəri belə görüşüm olmamışdı” - Əkrəm Əylisli

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik

Vətəndaş çarəsizliyi və Vüqar Zeynalovun binasının çözülməz dərdləri...

Əhədpuru yenə məhkəməyə verdilər – Təfərrüat

Rusiyada səfərbərlikdən yayınmaq üçün qeyri-adi mübarizə üsulu - Video

Ermənistan mətbuatı: Paşinyan sülh müqaviləsinin mətni ilə Praqaya gedir

İki gündür eyvandan Ninasını çağıran kişini sakitləşdirmək olmur - Video

Ən çox oxunanalar