Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millətlər Liqası: Azərbaycan yığması son dəqiqə qolu ilə Slovakiyaya qalib gəlib - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib...

PİA.az-ın məlumatına görə, C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlləri sakit tepmdə keçsə də, tərəflər tədricən fəallığı artırıblar. Qapı istiqamətində ilk zərbəni 16-cı dəqiqədə Renat Dadaşov vurub. Amma 23 yaşlı forvard hədəfdən yayınıb. 10 dəqiqə sonra Bədavi Hüseynovun vurduğu top az fərqlə qapıdan aralı keçib. Oyuna ilk real qol vəziyyətini isə meydan sahibləri yaradıb. Erik Yirka başla boş qapını nişan ala bilməyib. 32-ci dəqiqədə Riçard Almeydanın zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Yirka növbəti dəfə diqqət mərkəzinə düşsə də, Şahruddin Məhəmmədəliyev onun fərqlənməsinə mane olub. 37-ci dəqiqədə Matuş Beronun qüvvətli zərbəsi zamanı qapı tiri Azərbaycan millisini xilas edib. 41-ci dəqiqədə yığma əla əks hücumu qolla tamamlaya bilməyib. Almeydanın ötürməsinə toxunan olmayıb. Lakin 3 dəqiqə sonra hesab açılıb. Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha yaxşı başlayan slovakiyalılar bunun məntiqi nəticəsi kimi ardıcıl 2 epizodda qola yaxın olublar. Əvvəlcə  ağ cinahdan təhlükəli hava ötürməsi zamanı, ardınca isə Beronun zərbəsindən sonra Məhəmmədəliyev rəqibin fərqlənməsinə imkan verməyib. 58-ci dəqiqədə Laslo Beneşin zərbəsi qapının üstündən keçib. 59-cu dəqiqədə qapı tiri hesabın bərabərləşməsinə mane olub. 65-ci dəqiqədə Kristian Vallonun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. 70-ci dəqiqədə David Hantskonun vurduğu top az fərqlə qapıdan aralı keçib. 79-cu dəqiqədə Ramil Şeydayev sol cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, qapı istiqamətində zərbə vura bilməyib. 88-ci dəqiqədə Samuel Mrazın başla zərbəsində dəqiqlik çatmayıb. 90-cı dəqiqədə Stanislav Lobotkanın vurduğu top qapıçıda qalıb. Buna baxmayaraq, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib.

Azərbaycan seçməsi bu qələbədən sonra xallarını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək. (report)

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin baş məşqçi olduğu komanda hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Renat Dadaşov vurub.

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında hesab açılıb.

"Report"un məlumatına görə, Renat Dadaşov 44-cü dəqiqədə komandasını önə keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda fasiləyə üstünlüklə yollanıb.

***

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.

"Report"un məlumatına görə, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, bu qrupun digər oyununda Qazaxıstan evdə Belarusa 2:1 hesabı ilə qalib gələrək, sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib.

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar