Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaribaşvili: "Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır"

"Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır"...

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib.

"Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik", - Gürcüstan hökumətinin başçısı bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq ErmənistanAzərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib.

"Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir", - Baş nazir qeyd edib.

Baş nazir qeyd edib ki, bu təşəbbüs hər hansı digər əməkdaşlıq formatlarını əvəz etmir və ya ziddiyyət təşkil etmir.

"Gürcüstan regional münasibətlərin normallaşmasına kömək edəcək vicdanlı vasitəçi olmağa ümid edir", - Qaribaşvili vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar