Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb - Yenilənib

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb...

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

PİA.az-ın xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüsalə Mahirqızı

3. Hacıbəy Heydərli

4. Rauf Arifoğlu

5. Alqış Musayev

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Elçin Mirzəbəyli

12. Vüqar Rəhimzadə

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas

***

Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

PİA.az-ın xəbərinə görə, qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

Həmçinin, sənəddə qeyd edilib ki, üzvlük haqqını ödəməyən və əsaslı səbəblər olmadan Mətbuat Şurasının VIII qurultayında iştirak etməyənlər üzvlükdən çıxarılsın.

***

PİA.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

***

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.

PİA.az-ın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir:

“Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar