Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Çevrilişin arxasında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin daimi üzvü,105 yaşlı Sonq Pinqin olduğu bildirlir...

Hindistanın “TFIGlobal” qəzetinin Çindəki mənbələrə istinadən verdiyi məlumatlara görə, Çin Xalq Respublikasının sədri Si Tsinpin devrilib.

Çin rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısından təcili ölkəyə gəldiyi və ordu generalları tərəfindən hakimiyyətdən uzaqlaşdırıldığı iddia olunur. 

Çevrilişin arxasında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin daimi üzvü,105 yaşlı Sonq Pinqin olduğu bildirlir. İddialara görə, Pinqinin başçılıq etdiyi qrup ordu generalları ilə birləşərək Çin prezidentini vətənə xəyanətdə ittiham edib və onu hakimiyyətdən uzaqlaşdırıb. Hazırda Si Tsinpin ev dustağı olduğu deyilir.

Si Tsinpinin sentyabrın 21-də Pekində keçirilən milli müdafiə və hərbi islahatlara dair seminarda iştirak etməməsi də iddiaların əsas dəlili kimi önə sürülür. Nəşrin fikrincə, bunun  yalnız iki səbəbi ola bilər: ya o, son dərəcə xəstədir, ya da artıq yüksək vəzifə tutmur.

Nəşr Çində mümkün hakimiyyət dəyişikliyinin bir başqa əlaməti kimi Rusiyanın «Sibir gücü» qaz kəmərinin bağlanmasını göstərir. 

Qeyd edək ki, “Qazprom”un açıqlamasında bildirilirdi ki, sentyabrın 22-dən 29-na kimi qazın nəqli öncədən planlaşdırılmış təmir işləri ilə əlaqədar dayandırılıb. Hindistan qəzeti isə buna inanmır və Çində hakimiyyətin Kremlə dost olmayanlar tərəfindən əllərə keçirilmiş ola biləcəyini irəli sürür.

Yeri gəlmişkən, dünən Nyu-Yorkda Çinin xarici işlər naziri Wang Yi ilə görüşən ABŞ Dövlət Departamentinin sədri Entoni Blinken Çini Rusiyanı dəstəkləməməyə çağırmış, əks halda bunun ağır nəticələrinin olacağını həmkarının diqqətinə çatdırmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar