Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Mahmudov: “Daha yaxşı oynayıb, çox xal yığa bilərdik”

"Daha yaxşı oynayıb, çox xal yığa bilərdik. Potensialımız buna imkan verir. Bəzi görüşlərdə bacardığımızdan aşağı səviyyədə çıxış etdik"...

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi Slovakiyaya qarşı çox yaxşı mübarizə apardıqlarını və sona kimi döyüşdüklərini bildirib: "Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirməmişdi, bəzilərində yaxşı oynamamışdıq. Qələbələr bizə inam verir. İnşallah, davamlı olacaq".

Ötən tur səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən yığma Mahmudovun kapitan olduğu 2-ci oyunda da qələbə qazanıb. Amma futbolçu əldə olunan nəticələrin kapitanlıqla bağlı olmadığını vurğulayıb: "Maksim Medvedev və Qara Qarayev də bunu çox yaxşı yerinə yetirirdi. Sadəcə, belə oldu. Onunla heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar