Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA rəsmisi etiraf etdi: "Daşıyıcı şirkətlərə ayrılmış 7.5 milyon "BakuBus"a verilib"

Sərnişindaşıma şirkətləri üçün ayrılan 280 milyon manatdan onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər...

Məlum olduğu kimi, ötən gün Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətləri Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7.5 milyon manatın “BakuBus” MMC-yə ayrıldığını bildirib.

İctimai Televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın “BakuBus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edib.

Qeyd edək ki, özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə müraciət edərək, 2020-ci ildə pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini bildiriblər. Həmin dövrdə “BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında 7.5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısı BNA həmin vaxt öz tərkibində olan “BakuBus” MMC-yə köçürüb.

Hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların məsələyə reaksiya verəcəyi gözlənilir.

pia.az


Etiket: BNA BakuBus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar