Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman AŞPA-nın Baş katibinə Ermənistanın mina xəritələrini təqdim etməsinin vacibliyini bildirib

Görüş çərçivəsində D.Çatzivasiliu ilə müxtəlif mövzularla bağlı müzakirə aparılıb...

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Strasburqda səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüşərək, Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunub.

Ombudsman Aparatının Mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, görüş zamanı Ombudsmanın mandatı ilə bağlı geniş məlumat verilib. Son illərdə təsisatda informasiya əldə etmək hüququnun, uşaq hüquqları və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar şöbə və sektorların yaradıldığı nəzərə çatdırılıb, bu struktur vahidlərinin funksiyaları barədə məlumat verilib. Gender bərabərliyi və qadın hüquqlarının təmininin də diqqətdə saxlanıldığı, ali məktəblərdə bu sahədə tədris aparıldığı qeyd olunub.

AŞPA-nın Baş katibinə Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə ətraflı məlumat verilib. Başçəkmələrdə aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinq olunduğu da diqqətə çatdırılıb.

Çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib. S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb.

Görüş çərçivəsində D.Çatzivasiliu ilə müxtəlif mövzularla bağlı müzakirə aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar