Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mail.ru istifadəçiləri üçün ciddi təhlükə

AppStore platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib...

Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə  yaranıb.

Gözlənilən idi.

Hazırda bu Holdinqə daxil olan Vkontakte sosial şəbəkəsi, VK Play, “VK Музыка”, “VK Клипы” “VK Мессенджер”, “VK Админ”, “Почта Mail․ru” və “Облако Mail.ru” mobil servisləri AppStore platformasında görsənmir.

VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.
Qlobalda monitorinq aparan Netblocks da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.

Düşünmək olar ki, Apple-dən sonra qısa müddətdə Google də bu addımı atacaq və Play marketdən də adı çəkilən resurslar silinə bilər.
Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək.

Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.

Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir.

Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, İnstagram, TikTok və s.) qeydiyyatdan keçənlər var.

Baxmayaraq ki, hələlik Google bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyyə ondan ibarətdir ki, Mail.ru dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər.

Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük.

Mail.ru datanı və kontaktları yeni Gmail ünvana köçürmək elə də problem yaratmır. Gmail-də belə imkanlar nəzərdə tutulub.
Amma gərək bu addım zamanında atılsın.

Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib.

Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .
O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.

Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.

Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində
dayandırılıb.

p.s. Bir neçə gün öncə Apple və Google şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər.
Baş verənlərdə güman ki, bu görüşlərin də ” izi” olmamış deyil.
Müharibə başlayandan sonra AppStore-dən Rusiyaya məxsis 7000 mobil tətbiqin silindiyi bildirilir.

p.p.s. Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyyəsi faydalı olardı.

Osman Gündüz

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar