Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nazirlik düz deyir" - Deputat şəhidin qardaşına ev verilməsindən danışdı

Yəqin ki, bir az gözləmək lazımdır...

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusuna malik olmaması ilə bağlı məlumat yayıb. Valideyn himayəsindən məhrum olmuş şəhidimizin qardaşına bu cür münasibət göstərilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, qanunvericiliyə əsasən, şəhidin bacı-qardaşı şəhid ailəsinin üzvü sayılmır:

"Bu baxımdan, Nazirlik doğru deyir. Lakin, qanunun bütün tələblərini Sənan Əhmədova tətbiq etmək etik və mənəvi cəhətdən düzgün olmaz. Çünki, onlar uşaqlar evində böyüyüblər. Səbuhinin şəhidliyindən sonra isə onun yaxınlarından təkcə qardaşı Sənan qalıb. Buna görə də, mənzil şəhidin qardaşı Sənan Əhmədova verilməlidir.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni müvafiq dövlət orqanları ilə müzakirə etməlidir. Digər dövlət qurumlarının razılığı alındıqdan sonra şəhidimizin qardaşı mənzillə təmin edilə bilər. Mən əminəm ki, belə də olacaq.

Heç bir dövlət orqanı Səbuhi Əhmədova mənzil verilməsinə etiraz etməz. Bu məsələ sonunda müsbət həll olunacaq. Yəqin ki, bir az gözləmək lazımdır", - deyə o qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar