Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alqış Həsənoğludan Prezidentə qarşı təxribat - Foto

Alqış Həsənoğlunun yenidən “Yeni Azərbaycan” qəzetinə rəhbərliyə qaytarılmasının fəsadları barədə bir neçə ay bundan öncə yazmışdıq. Onun fəaliyyətinin Prezidentə, hakim partiyanın fəaliyyətinə yönəldiyi barədə bizdə və bir çox media orqanlarında yazılar getmişdi. Bu günlərdə baş verən növbəti təxribat faktı bu iddiaların sübut edilməsi üçün bəs edir. Belə ki, “Yeni Azərbaycan” qəzetinin 27 sentyabr 2022-ci il tarixli 175-ci sayında “Prezident İlham Əliyev Vyaçeslav Volodini qəbul edib” başlıqlı yazıda yerləşdirilən şəkildə bilərəkdən Prezidentin əyləşdiyi hissə verilməyib, sanki Rusiya Federasiyası Dövlət Dumasının sədrini dövlət başçısı deyil, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qəbul edib. Daha doğrusu, özündən müştəbeh baş redaktor Rusiya Dövlət Dumasının sədrini qəbul edən dövlət başçısının şəklinin verilməsini rəva bilməyərək, növbəti təxribata qol qoyub. Nəzərə alsaq ki, bir qayda olaraq, baş redaktor qəzetin nəşriyyata buraxılan son variantına hər gecə özü şəxsən baxır, bu “fövqəladə halın” Prezidentə qarşı təxribat olduğunu demək olar. Ona görə ki, rəsmi dövlət qəzetləri və iqtidaryönlü qəzetlərin heç birində Prezidentin qəbulu ilə bağlı belə bir ciddi xəta baş verməyib. Məsələn, rəsmi qəzetlərdən “Azərbaycan” qəzeti Prezidentin V.Volodini qəbul etdiyi barədə yazını daha geniş və qəbuldan çəkilən şəkli tam verib.

Çox güman ki, bu məsələ ciddiləşsə və tabeliyində olduğu əlaqədar şəxslərin məzəmməti qarşısında A.Həsənoğlu bu dəfə də texniki işçini “qurban” verərək, öz kreslosunu qorumaq yolunu seçəcək. Belə ki, keçən dəfə yazdığımız kimi, “Yeni Azərbaycan” qəzetinin 5 may 2022-ci il tarixində dərc olunan müsahibədən sonra müxbirin çörəyinə bais oldu. Halbuki həmin müxbirlə birlikdə İstanbula göndərdiyi baş redaktorun müavini və özünü xilas edən A.Həsənoğlu Mübariz Mənsimova münasibətdə 1800 dərəcə dəyişərək ona qarşı düz 3 məqalə yerləşdirdi. Əslində hamı bilir ki, həmin istedadlı müxbir birbaşa baş redaktorun tapşırığı ilə İstanbula müsahibə almağa göndərilmişdi…

Qayıdaq əsas məsələyə. Bilirsinizmi, A.Həsənoğlunun birinci dəfə “Yeni Azərbaycan” qəzetinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının səbəbi də 2008-ci ilin fevralında Prezident İlham Əliyevə qarşı təxribatçı materialın saytda yerləşdirilməsi olub? Amma A.Həsənoğlu işdən qovulmasını guya Prezident Aparatının o vaxtkı rəhbəri Ramiz Mehdiyevə qarşı çıxması ilə əsaslandırırdı. Əslində bu onun uydurması idi. Sadəcə qəzetə nəzarəti itirmiş olub, özünün daha “vacib” işləri ilə məşğul olduğundan dövlət başçısının əleyhinə yazıların sayta yerləşdirilməsinə belə göz yummuşdu. Hələ bu harasıdır?

Onun əsl simasının ortaya çıxarılması üçün bir neçə il əvvələ getmək lazım gəlir. Sən demə, Ramiz Mehdiyevin əleyhinə 2004-cu ildə qəzetdə gedən məlum məqalənin müəllifini və sifarişçisini məhz Aparat rəhbərinə satmaqla A.Həsənoğlu vəzifəsini qoruyubmuş. Əks halda R.Mehdiyevin həmin vaxt A.Həsənoğlunu vəzifəsindən kənarlaşdırması elə də çətin bir iş deyildi. Bunun üçün Sirus Təbrizlinin YAP sıralarından cıxarılması hadisəsini xatırlatmaq kifayətdir. Media cameəsinə məlumdur ki, YAP sədrinin müavini S.Təbrizli tədbirlərdən birində R.Mehdiyevin əleyhinə çıxış etdikdən bir neçə gün sonra partiya sıralarından uzaqlaşdırıldı. Bu tələsik qovulmanın birbaşa R.Mehdiyevin əli ilə olması hamıya məlum idi.

A.Həsənoğlunun Ramiz Mehdiyevə sevgisini təsdiq edən daha bir fakt isə bir neçə ay öncə AMEA-nın fəaliyyətinin geniş müzakirə olunduğu, media subyektlərinin əksəriyyəti işıqlandırdığı halda, akademik istefa verənə qədər “Yeni Azərbaycan”da bu mövzuda heç bir yazı getməməsi, həmin mövzu ilə bağlı nüfuzlu şəxslərin, alimlərin məqalələri və münasibətlərinin qəzetdə verilməməsidir. Bunun üçün qəzetin həmin aylarda çapdan çıxan saylarının səhifələrini vərəqləmək kifayət edər.

Bundan əlavə, ötən ilin noyabrında YAP-ın 29 illiyi ilə bağlı agacakmə aksiyasında A.Həsənoğlu daha bir təxribata əl atıb. Bu dəfə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” – “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası haqqında məlumatın işıqlandırmamaq üçün A.Həsənoğlunun sifarişi haradan aldığı da qaranlıq qalır. Əslində bu kimi faktlar A.Həsənoğlunun Prezidentin mövcud kursuna qarşı geniş fəaliyyətlə məşğul olduğunu təsdiq edir.

Ətraflı
Hazırda isə “Yeni Azərbaycan”da Ümummilli lider Heydər Əliyevə saxta və süni xarakterli təriflər yağdırmaqda olan A.Həsənoğlunun əsas şakəri yalnız və yalnız vəzifəsini qorumaq, öz qazancını artırmaqdır. Baş redaktor budəfəki vəzifə müddətinin qısa olacağını düşünərək, daha çox pul toplamaq, gəlirlərini artırmaq üçün bu çətin dövrdə qəzetin işçilərinin maaşını belə azaltmaq yolunu seçib. Halbuki “Yeni Azərbaycan” qəzetinə təkcə Medianın İnkişafı Agentliyi tərəfindən ayda 18 min manat ayrılır, qəzetin tirajı isə son aylarda 6500-ə çatdırılıb.

Beləliklə, Prezidentə qarşı sonuncu təxribat da, ötən ilin noyabrında və bu ilin mayında baş verən həmin iki hadisə də Alqış Həsənoğlunun partiyanın və dövlət başçısının siyasi kursunun təbliğatını ikinci plana keçirərək yalnız şəxsi qazancını artırmağa girişdiyini sübut edir. Ən maraqlısı da odur ki, YAP Mərkəzi Aparatı bu təxribatlar qarşısında A.Həsənoğlu barədə hər hansı bir tədbir görürmü və ya heç olmasa ciddi reaksiya verirmi? Bu və ya digər sualların cavabını yaxın zamanlarda eşitmək diləyi ilə! (aztoday)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar