Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“ - Xeyrəddin Qoca

""Kişilər ağlamaz" deyənlər kişiliklərini sübut etmək üçün bu cür danışırlar. Guya, bunlar kişidir, ağlamırlar. Kişilər ağlaya, həm də hönkür-hönkür ağlaya bilərlər"...

Bu sözləri yazıçı, dramaturq Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, ağlamaq kişilərin təbii halıdır:

"Kişinin övladı, valideynləri ölür, o necə qəlbdir ki ağlamasın?! Kişilər ağlayar, onun da ürəyi ürəkdir. Mirzə Ələkbər Sabirin "kişi ağladıqca qeyrətsizləşir" mövqeyinə gəldikdə, şair sözünü bu gün başa düşülən mənada deməyib. O, mənasız, hər şeyə ağlayan kişilərdən danışıb. Bəyəm, kişinin ürəyi yoxdur?!

Türk, əcnəbi filmlərini seyr etsinlər. Hər bir kinoda kişinin yaxın adamları öldükdə özündən asılı olmayaraq gözlərindən yaş gəlir. "Kişilər ağlamaz" deyənlər onları başa düşməyən ləyaqətsiz, ürəksiz adamların fikridir. Mən bu fikirlə razılaşmıram. Kişi də insandır, kövrəkdir, ağlaya da bilər. Burda qeyri-adi heç nə yoxdur. İnsanlar necə, hardan belə bir deyim qənaətinə gəliblər, bilmirəm. İnsan bir müsiqinin, "Segah"ın təsirindən belə, ağlaya bilir. Necə yəni, "kişilər ağlamaz"?! Bu, lazımsız, mənasız mövqedir".(Yenisabah.az)

pia.az


Etiket: Xeyrəddin Qoca


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar