Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilərin ana olması halları ildən-ilə artır 

Sosioloq həyəcan siqnalı çaldı...

“Məktəblilərin ana olması ilə bağlı statistika ildən-ilə artır. Təəssüf ki, ya qarşısı alınmır, ya da bunun qarşısını almaq mümkün deyil. İkisi arasında böyük fərq var, amma yenə də hökumət, əlaqədar Komitə nəsə etmək məcburiyyətindədir. Ana olan məktəbli qızların, eyni zamanda dünyaya gətirib, sonra körpələr evinə verdikləri uşaqların gələcəyi naminə bu işlə bağlı ciddi tədbir görülməlidir. Görünür, ailələrdə nəzarət mexanizmi çox zəifdir. Məktəblərin də nəzarət mexanizmi gündən-günə zəifləyir”.

Bu sözləri Pravda.az-a sosioloq Lalə Mehralı ötən il 425 məktəbli qızın ana olması ilə bağlı açıqlanan statistikaya münasibət bildirərkən deyib.

Sosioloq vurğulayıb ki, məktəblərlə bağlı həddindən çox şikayət daxil olur:

“İnsanlar məktəblərdə nəzarətin minimuma endiyi qənaətindədirlər. Uşaqların dərsdən yayındıqlarını və bu barədə valideynin məlumatsız olduğunu iddia edirlər. Valideyn-məktəb kontaktı sözün həqiqi mənasında yoxdur. Düzünü desək, bu, daha çox pandemiyadan sonra ortaya çıxdı. Pandemiyaya qədər kifayət qədər müəllim-valideyn kontaktı var idi. Pandemiya zamanı valideynlər infeksiya qorxusu səbəbindən məktəbdən uzaqlaşdırıldılar. Elə həmin vaxtdan da bu kontakt itdi. Bir valideyn kimi deyim ki, məktəbə girə bilmirik. Məktəbin daxilində nələr baş verir, anlamırıq, bilmirik. Məktəbə girmək üçün az qala yazılı izahat istəyirlər. Soruşurlar “niyə girirsən?”, “hansı məqsədlə, kimin arxasınca?” və s. Dərs zamanıdırsa, övladımı görə bilmək üçün bir neçə prosedurdan keçməliyəm. Başa düşürük, bunu uşaqların təhlükəsizliyi üçün edirlər. Uşaqların təhlükəsizliyi üçün görülən tədbirlərdən valideyni təcrid etmək də doğru deyil”.

L.Mehralı qeyd edib ki, uşaqların təlim-tərbiyəsində valideyn ayrılmaz hissədir:

“Valideynlə kontakt tərbiyənin tərkib hissəsidir. Bu cür problemlərə görə, ünsiyyət formasının eroziyaya uğramasına görə məktəbli qızların hamilə qalmaları, dünyaya uşaq gətirmələri, erkən yaşda ana olmaları məsələsi gündən-günə aktuallaşır. Məsuliyyəti müəllimlər valideynlərin, valideynlər də müəllimlərin boynuna yıxırlar. Biz deyə bilmərik ki, konkret günah kimdədir. Uşaqdan soruşsanız, o da ya valideynə, ya da müəllimə günah atacaq. Necə deyərlər, “insanlar danışa-danışa ünsiyyət qururlar”. Biz telepatiya yolu ilə ünsiyyət qurmalı deyilik, “Whatsapp” valideyni olmamalıyıq, müəllimlər də həmçinin. Birbaşa kontakt mütləqdir. Uşaqlarımızın gələcəyi, statistikanın yüksəlməməsi naminə kontaktı yenidən bərpa etmək vacibdir. Məncə, başqa yol olmayacaq”.

O bildirib ki, məktəblərdə yetkinlik yaşına çatmış 9-11-ci siniflərdə insan və insan bədəninin toxunulmazlığı, məhrəm davranışlarla bağlı yeniyetmələrə xüsusi təlimlər verilməlidir:

“Onlar bilməlidirlər ki, nəyə yol vermək olar, nəyə yox. Belə bir fikir yarana bilər ki, uşaqlar o yaşda ana olmağı bilirlərsə, deməli, bunun ola biləcəyi ehtimalını da əvvəlcədən bilirlər. Əslində qızların çoxu, bəlkə, belə olacağını anlamadan bu davranışı sərgiləyirlər. Başa düşə bilməyiblər ki, nəticədə dünyaya uşaq gəlir, təhsil həyatından uzaqlaşa bilər və s. Ona görə də ciddi təlimlər aparılmalı, dərslər təşkil edilməlidir. Bu dərsləri kim keçəcəksə, Elm və Təhsil Nazirliyi özü araşdırıb təyin etməlidir. Ya həkimlər, ya pedaqoqlar, psixoloqlar ola bilər. Amma belə davam edə bilməz, bunun bir sonu yoxdur…”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar