Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı"

Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər...

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı” tamaşasının son məşqləri gedir.

Yaxın günlərdə premyerası nəzərdə tutulan bu səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb.

Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər.

İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.

Bu səhnə əsərində rol alan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyor heyətinə Hüseyn Əlili, Nicat Əli, Səmədzadə Xasiyev, Zaur Əliyev, Əli Kərimov, teatrın tərcüməçisi Şamxal Nəsibbəyli və balet artisti İranə Kərimova daxildir.

Akademik Milli Dram Teatrının aktrisası Lalə Süleymanova, Gənc Tamaşaçılar Teatrının aktyoru Nurlan Süleymanlı, aktrisası Aygün Fətullayeva, Bakı Uşaq və Gənclər Teatrının aktrisası Türkan Şahmarlı və “Əsa” teatrının aktrisası Səmayə Qulamzadə də tamaşada iştirak edəcəklər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar