Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar niyə namazı tərk edirlər?

Namazı tərk edənləri ümumi halda 4 dəstəyə bölürlər...

1. İnkar üzündən namazı tərk edənlər. Onlar Allahın vacibatını vacib hesab etməz və özlərini onu yerinə yetirmək üçün mükəlləf bilməzlər.

2. Səhlənkarlıq üzündən tərk edənlər. Bu insanlar kəbirə günah işlədərək, fasiq olarlar.

3. Bəzi vaxtlarda namazı tərk edənlər. Bəzi insanlar vardır ki, namazı bəzən qılır, bəzən isə tərk edirlər. Onlar namazın vaxtını ötürər və dünya nemətləri ilə məşğul olarlar.

4. Namazın vacibatlarını, şərtlərini tərk edənlər. Bu insanlar ya namazın sözlərini doğru tələffüs etməzlər, ya düzgün dəstəmaz almaz və namazın təharətinə riayət etməzlər. Bəzən də qəsb olmuş məkanda namaz qılarlar.

Namazı tərk etməyin gətirdiyi ağır nəticələr:

1. Allah və Rəsulunun (s) amanından uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı bilərəkdən və səbəb olmadan tərk edərsə, Allah və Rəsulunun (s) amanından uzaq olar".

2. Əməlləri məhv olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim üzrü olmadan namazı tərk edərsə, əməlləri məhv olar".

3. Dini viran olar. Peyğəmbər (s) buyurur: "Namaz - dinin sütunudur, hər kim bilərəkdən namazı tərk edərsə, dinini viran etmiş olar".

Allah Təala cəmi insanları bu acı aqibətdən hifz etsin!

pia.az


Etiket: namaz ibadət din


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar