Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

"Qarabağ" 8 ildir avrokubokların qrupunda mübarizə aparır, çox güclü komandadır"...

"Report"un məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a iki oyunun nəticəsinə (1:1, 1:3) əsasən uduzaraq, mübarizəni dayandırmaları barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis Azərbaycan çempionunun gücünə əvvəldən bələd olduqlarını bildirib: "Ötən mövsüm Konfrans Liqasında pley-offa çıxmaları, bu il isə İsveçrə "Sürix"ini məğlub etmələri təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir".

59 yaşlı baş məşqçi Budapeştdəki cavab matçına yaxşı başlamadıqlarını etiraf edib: "Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. Rəqib əks hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran hücumçusu (İbrahima Vadjini nəzərdə tutur - E.S) Fransa klubuna keçdi. Düzdür, 2 aparıcı mərkəz müdafiəçimiz həmin oyunda iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı və səhvlərimizdən istifadə edib mərhələni keçdi".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar