Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon Ağsaqallar Şurasının hesabat seçki konfransı keçirilib

03.10.2022-ci il tarixə Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib...

Konfransda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika Veteranlar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

Konfransdan öncə iştirakçılar tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyuldu.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq tədbir iştirakçılarını salamladı. Sonra rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənilib. Hesabat məruzəsi ətrafında şura üzvləri Qoşqar Əliyev, İmamverdi Həmidov, Fəxrəddin Əliyev və Milix Yevdayev çıxış edərək Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı.

Qeyd etdi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şuranın sədri və sədr müavini, həmçinin Nəzarət-Təftiş komissiyasının üzvlərinin seçilməsi üçün səsvermə keçirilib. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, İmamverdi Həmidov isə sədr müavini seçilib. Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə 9 nəfər və həmçinin Nəzarət-Təftiş komissiyasına 3 nəfər üzv seçilməsi üçün səsvermə yekdilliklə qəbul olunub.
Ağsaqqallar Şurasının sədri Vasqif Şadlinski göstərilən etimada görə minnətdarlığını bildirib, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Şuraya yenidən sədr seçilən Mayıl Alıcanov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, ötən dövrdə görülən işlərdən danışıb, bundan sonra da ölkəmizdə aparılan inkişaf proseslərinin, görülən işlərin təbliğində öndə gedəcəklərini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizdə ağsaqqal və ağbirçəklərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayıb.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ağsaqqallar Şurasının sədrini, yeni seçilmiş İdarə Heyəti, Təftiş Komissiyası və üzvlərini təbrik edərək onlara möhkəm cansağlığı arzulayıb. Rayon rəhbəri ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən bəhs edərək dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu qeyd edib.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Respublika Ağsaqqallar Şurasına müracət ünvanlandı.

Fotolar

pia.az

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar