Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü” - Foto

Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib...

Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində 1995-ci il təvəllüdlü hamilə arvadı Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.

Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə hakim qarşısında çıxış edən Elməddin Həsənov arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:

“Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram”.

Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman 8 yaşlı Qumru da onlarla eyni çarpayıda yatıb. Qumru anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılıb və atasına mane olmağa çalışıb. Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib.

Xatırladaq ki, cütlüyün toyu 2013-cü ildə baş tutmuşdu.

pia.az


Etiket: şəmkir qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar