Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev telefon nömrəsini niyə dəyişib?

İki gün öncə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi.
Açılış mərasimində bütün diqqətlər Azərbaycan prezidentinə fokuslanmışdı. Bu isə səbəbsiz deyildi. Çünki Rusiyanın Ukraynanı işğal etməsi Şərqi Avropa üçün böyük təhdid yaratmaqla yanaşı, həmçinin bu ölkələri qışda qazsız qoyacağı ilə bağlı hədələri Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışını gücləndirirdi. Bununla da Avropa ölkələrinin diqqəti daha cəlbedici və hazır layihə olan TAP, TANAP layihələrinə yönəldi. Azərbaycanın sabit və balanslı siyasəti onu Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib ki, bu da ölkəmizin beynəlxalq iqtisadi siyasətində daha bir uğur hesab olunur.
Bu uğurun memarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun Avropa üçün necə vacib bir şəxs olduğunu biz tədbirdə iştirak edən prezidentlərin çıxışında da görürük.

Avropa Komisiyasının sədri Ursola Fonderlyaen: “Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”.

Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.
Şimali Makedoniya Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.

İndi isə keçək əsas məsələyə. Şimali Makedoniya Prezidenti deyir ki, İlham Əliyev telefon nömrəsini dəyişib, biz onun yeni nömrəsini bilmirik.
Bəs görəsən Prezident həqiqətən telefon nömrəsini dəyişib, yoxsa yox? Nədənsə bu sual ölkədə heç bir araşdırmaçını, iqtidarın palaz-palaz tərif yazan jurnalistlərini belə düşündürmədi. Ona görə ki, bu suala cavab tapmaq üçün son iki illik tarixi proseslərə yenidən nəzər salmalı idilər. Bunu da etməyə yəqin ki, səbirləri çatmayıb. Çünki bütün proseslər bizi 44 günlük Vətən Müharibəsinə aparır. Həmin dövrdə Paşinyanın telefonlardan asılı qalması və Prezidentin 9 oktyabr 2020-ci ildəki çıxışını oxuculara xatırlatmaq istəyirəm. Çünki əgər Prezident telefon nömrəsini dəyişibsə, nə üçün dəyişməsi barədə biz ən ətraflı məlumatı bu çıxışdan alırıq.

Prezident çıxışında deyir: "Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın".

Bu çıxışı xatırlayan hər kəs üçün İlham Əliyevin nə üçün telefon nömrəsini dəyişməsi aydın olar. Çox güman ki, Qarabağda müharibə getdiyi zaman Paşinyan İlham Əliyevin müharibəni dayandırması ilə bağlı hər kəsdən xahiş edib. Çünki bu barədə zəng etdiyi şəxslər Prezidentə məlumat veriblər. Ondan xahiş ediblər. Bu xahişləri də nəzərə almayan Prezident məcbur telefon nömrəsini dəyişib ki, onu boş-boş məsələlərdən ötrü heç kim narahat etməsin. Görünən budur ki, Şimali Makedoniya prezidentində də İlham Əliyevin köhnə nömrəsi olub. O da məhz bunu vurğulayır ki, biz onunla danışmaq istəyirik, amma İlham Əliyev telefon nömrəsini dəyişib. Əslində Avropa ölkələrinin prezidentləri İlham Əliyevin telefon nömrəsini nə üçün dəyişdiyini yaxşı bilirlər. Amma Avropadan eyham vururlar. Paşinyana mesaj göndərirlər ki, biz İlham Əliyevi qoyub səni dəstəkləməyəcəyik. Çünki biz ağır günlərimizdə İlham Əliyevin dəstəyini görürük, siz ermənilərin yox...

Deməli, İlham Əliyev liderliyində Azərbaycan doğru yoldadır. Bunu indi Azərbaycanın gücləndiyini və inkişaf etdiyini həzm edə bilməyən Avropa ölkələrinin liderləri belə etiraf edirlər. Bu yol gələcəkdə ölkəmizi daha da gücləndirəcək, inkişaf etdirəcək və lider ölkəyə çevirəcək.

Müəllif: Elmar Hüseynov


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar