Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boğaziçi məhkəməsi təxirə salındı

Boğaziçi məhkəməsi çərçivəsində 12 şəxsə 3 il həbs cəzası tələb edilib...

 

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il Boğaziçi Universitetinə rektor təyin edilməsinə etiraz edən və LGBTİ+ şüarları qaldırmaqda ittiham olunan 12 nəfər üçün qanuna zidd olaraq toplanmaq və yürüşlərə silahsız qatılaraq, bütün xəbərdarlıqlara baxmayaraq, yürüşə davam etmək kimi səbəblər əsas gətirilərək 6 aydan 3 ilə qədər həbs cəzası istənilib.

İstanbul 24-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmədə prokuror verdiyi rəyi təkrarlayıb. Rəydə hadisənin baş verdiyi tarixdə saxlanılanların Boğaziçi Universitetinin rektoru vəzifəsinə təyin olunan Prof. Dr. Melih Buluya etiraz etmək üçün universitet ətrafında bir araya gəldiyi bildirilir. Prokuror Beşiktaş və Sarıyer İlçe Qubernatorluqlarının Covid-19 tədbirləri çərçivəsində aldığı nümayiş və yürüş məhdudlaşdırma qərarları səbəbiylə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxslərin yürüşü bitirmədiyini bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri qeyd olunan rəylə razılaşmadıqlarını bildiriblər və müdafiənin hazırlanması üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vaxt tələbini qəbul edərək iclası təxirə salıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar