Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeirlərim öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə... - Aqşin Yenisey

Mənim nə Ermənistanda, nə də dünyanın hansısa başqa bir ölkəsində çap olunmaq deyə şəxsi bir dərdim, azarım yoxdur

Ədəbi ərgənlik komplekslərimi çoxdan aşmışam. Şeirlərimin Ermənistanda tərcümə və çap olunmasından da Günel Mövludun məlum paylaşımından sonra xəbər tutmuşam.

Bunu Bakupost.az -a yazıçı, şair Aqşin Yenisey, şeirlərinin Ermənistanda antalogiyaya salınması xəbərinə münasibət bildirərkən deyib.

Şair bildirib ki, bu barədə əvvəlcədən ona heç kim müraciət etməyib:

“Əlbəttə, sənətin sülhə, insanlığa xidmət etməsi, bəşəri məzmun daşıması ta antik çağdan məlum olan bir düşüncədir. Amma sənətçinin də belə bir öhdəliyi varmı? Axı biz filosof Sokratın həm də əsgər Sokrat olduğunu bilirik, Nitsşenin könüllü olaraq cəbhəyə yollandığından da xəbərimiz var. Yazıçı kimi üzünü dünya insanına tutan Dostoyevski, millətçi kimi həmin insana arxasını çevirmirdimi? İki oğlunu vətən uğrunda cəbhəyə yola salan da psixiatr Freyd deyildi, vətəndaş Freyd idi. Mənim şeirlərimi əgər erməni müəlliflər özümə demədən internetdən götürüb çap ediblərsə, bu etik deyil, çünki nə mən ölü müəllifəm, nə də Azərbaycanla Ermənistan arasındakı mədəni əlaqələr o səviyyədədir. İndi mən hardan bilim ki, az qala, yarım əsrdir müharibə vəziyyətində olduğumuz bir xalqın müəllifləri mənim misralarımı İrəvanda kefləri istədikləri kimi dəyişməyiblər və dəyişiblərsə bu şeirlər bir gün Qarabağda ermənilər tərəfindən yaxınları qətlə yetirilən azərbaycanlıların əlinə keçsə onların ittihamlarına kim cavab verəcək? Yox, əgər bu şeirlər mənə müraciət olunmadan öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə, bu artıq ermənicə desək, milli “porrnik”likdir. Bir yazı adamı kimi mən də iki xalqın sülhə gəlməsinin, bir-biriləri ilə milli ehtiraslar üzərindən deyil, dünyəvi dəyərlər üzərindən qonşuluq etməsinin tərəfdarıyam. Amma müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir. Oğurluq yolu ilə dost olmaq, sülhə gəlmək mümkündürmü? Çox istəyərdim ki, o antologiyanı hazırlayan erməni müəlliflər əvvəlcə bu suala cavab axtarsınlar”.

pia.az 


Etiket: Aqşin Yenisey


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar