Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb- Yenilənib

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb...

"Report"un məlumatına görə, E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub

"Report"un məlumatına görə, Pireney təmsilçisi 6-cı dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. 90-cı dəqiqiqədə Karlos Soler fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib

"Report"un məlumatına görə, Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib. 74-cü dəqiqədə Qavi fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub

"Report"un məlumatına görə, Avropa təmsilçisi 4-cü topu rəqibin qapısından keçirib. Ferran Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib.

***

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci hissə başlayıb

"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 3:0.

***
Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Pireney təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb.

***

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

"Report"un məlumatına görə, Avropa təmsilçisinin heyətində Ferran Torres fərqlənib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***
Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 21-ci dəqiqədə fərqlənən marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0.

***
Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 11-ci dəqiqədə Dani Olmonun vurduğu qolla önə keçib.

***
Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar