Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Tağı. Ölüm kölgəsi...

Doğrudan da Azərbaycan cəmiyyətində Ziyalı( Şəxsiyyət) mundirini əyninə geyinmək boynunu kəndirdən asmaq imiş...

Bütün bunları trafalet nəzəriyyələr üçün demirəm...

Və biz o Ziyalıdan söz açırıq ki...O bir cəmiyyətin nümunəsidir, bir məktəbin təhsilidir,
Bir ölkənin mədəniyyətidir. Bax, şəxsiyyətin ölçüləri bu olmalı gərək, əfəndim...

İndi Rafiq Tağı bu ölçülərə nə qədər gələ bildi və ya gələ bilmədi. Mən bunları söyləməkdə mahir deyiləm. Bunu zamanla görəcəyik...

Şübhəsiz ki, Cəmiyyət varsa hadisələr ləbüddür. Və gəlin görək biz bu hadisələrin içində hansı rənglərdəyik.

Başlayaq yaxın keçmişdən mərhum yazıçı Rafiq Tağının bıçaqlanmasından.
Bu faciə ilə bağlı məqsədimiz cinayət obyektini axtarmaq deyil...Bu aidiyyatı təşkilatların öhdəliyindədir.
Rafiq Tağının yolundan da söz açmaq istəmirəm.
Bu hər kəsə məlumdur və ayrı mövzudur.

Mənim üçün azadlığın səsi doğmadır...

Bir yazıçını, bir insanı küçənin ortasında bıçaqladılar və haqq səsini əlindən aldılar...

O gün bıçaq doymuşdu ölümdən,
Küçələr Rafiqin qanına susamışdı.
Bir kimsəsiz səs yetim qalmışdı.


Mən bilmirəm bunu söyə-söyə məhşurlaşdırdığımız cahillik etdi. Yoxsa hər hansısa bir siyasi dairə.
Bu faciənin üstü Rafiq Tağının gözləri kimi örtüldü.

Bəs biz neynədik cəmiyyət olaraq?!
etiraz etdikmi. İctimai rəy formalaşdımı. Yox. İctimai şəxslər( fərdlər) adların altında başın gizlədi...Cəmiyyət isə bir az da özündən qaçdı.... İstisnalar həmişə olduğu kimi
Beş-üç nəfər oldusa onlar da hərəsi bir yolla bıçaqlandı. Biri çörəklə, biri Həqarətlə...Biri azadlıqla...İndi biz hər gün Rafiq Tağıyıq. İstər küçədə, istər yaşantılarımızda, istərsə də düşüncələrimizdə bıçaqlanırıq...

Unutmayaq Rafiq Tağı Azərbaycanın
ictimai-mədəni həyatını yüzilliklərdən keçirmək istəyirdi.

Hələ məsələ nəyəsə qarşı çıxmaqda deyil, məsələ birlik ola bilməkdir.
Milli kimliyinə yiyələnə bilməkdir.

Bu ən sadə şəkildə də belədir, İstənilən bir İdeya başında da.

Bütün mübarizələrdə sən öncə nə istədiyini bilməlisən. Və azadlığını tanımalısan sonra onu əldə etməlisən...Geri qalan qarhaqurdur.

Etiraz etmək təkcə özündən qorxmamaq qabiliyyəti deyildir, bu həm də zəka məsələsidir !

Bu günlərdə ABŞ-da bir qaradərilinin ölümünə milyonlarla qaradərili etiraz etdi...Bax, budur kimlik mübarizəsi, kimlik nümunəsi...

Mən demirəm amerikan olaq, fransız olaq ! Yox, özümüz olaq. Başımız üstümüzdə, psixologiyamız yerində...

Kaş ki... İxtişaşlar adı altında haqlarımızı istəyənlər təkcə məqsədi bu olardı...

İlahi, görəsən biz nə vaxtsa bəzəksiz-düzəksiz, haysız-küysüz Etiraz səsimizə çata biləcəyikmi ?!

Bir filosof yazırdı ki: Sizi öldürmək istəyənlər fikirindən daşına bilər, amma çiyin yoldaşlarınız, qələm yoldaşlarınız bundan qərarlı olmasa.

Satmayın Rafiq Tağıları, öldürməyin gələcəyimizi, bəylər !

(Cavid Fərzəli)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar