Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Braziliya komandasının Serbiyaya qarşı oynayacağı taktika və heyəti açıqlandı

Qətərdə keçirilən DÇ-2022-nin H qrupunda bu gün oynanılacaq Braziliya – Serbiya matçı üçün birincilərin start heyəti açıqlanıb.

“Report”un məlumatına görə, belə bir iddia ilə yerli “Globo” nəşri çıxış edib.

Nəşrin insayderlərinin əldə etdikləri məlumata görə, “pentakampeonlar” meydana 4-2-4 taktiki sxemi ilə çıxacaqlar.

Ultrahücum taktikası seçən baş məşqçi Tite əgər oyun saatına qədər hansısa bir zədələnmə və ya digər fors-major hallar olmasa, start heyətini aşağıdakı oyunçulardan qurmağı planlaşdırır:

Qapıçı: Alisson Bekker

Müdafiəçilər: Danilo, Tyaqo Silva, Markinyos, Aleks Sandro

Yarımmüdafiəçilər: Kazemiro, Lukas Paketa

Hücumçular: Neymar, Riçarlison, Rafinya, Vinisisu Junior

Nəşrin iddiasına görə, bu taktiki sxemdə Neymar əsas rol oynayacaq. Komanda hücumda olan zaman ikinci fazada daha çox görünəcək forvard bəsən pleymeyker funksiyasını da öz üzərinə götürəcək. Topsuz oyunda isə o, müdafiə məsuliyyətindən azad olacaq.

Maraqlıdır ki, “Globo”nun mənbəsi Fredi ehtiyatda “saxlayıb”. Halbuki, “Mançester Yunayted”in üzvü Braziliya yığmasının keçirdiyi son 15 matçda (11 DÇ seçmə mərhələsi, 4 yoldaşlıq oyunu) hamıdan çox, 9 dəfə start heyətində yer alıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar