Cümə, 02 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub

Pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub. Yaxın iki il ərzində tam bərpa olunmasını gözləyirik. Hesab edirik ki, 2019-cu ilin rekord götəricilərinə yaxınlaşacağıq.

PİA.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də "Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı'' layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, turizm tez bərpa olunan bir sahədir. "Biz coğrafiyamızı genişləndirmişik, turizm üçün yeni bazarlar açırıq. Hesab edirik ki, turizm bərpa olunancaq və müsbət dinamika davam edəcək.

Ənənəvi ökələr var ki, Azərbaycana daha çox həmin ölkələrdən xarici vətəndaşlar səfər edir. Bu ilin qış mövsümü üçün marketinq işlərini daha çox MDB, Yaxın Şərq və Avropa ölkələrində aparmışıq.

Bilirsiniz ki, qarşıdan yeni il bayramı gəlir. Azərbaycanda üç qış turizm komleksi var, Şahdağ, Tufandağ və Naxçıvanda olan Ağbulaq kompelksi. Biz düşünürük ki, yeni açdığmz bazarlardan bizə turistlər gələcəklər" - deyə F.Nağıyev əlavə edib.

pia.az


 
 


Etiket: Turizm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda Vasif Talıbovun bu qadağaları götürüldü

İranın sabiq səfiri: Biz Ermənistana silah veririk və Azərbaycanı cazalandıracağıq

Naxçıvan gömrüyündə yeni əməliyyat: Rəis həbs olundu  

88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb? - Foto

Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı

Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları...

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Yanvarın 1-dən - Video

Ölən hamilə qadının qohumu: “Təcili yardıma 45 dəfə zəng vuruldu” - Yenilənib,Video

Kim Kardaşyanın keçmiş ərindən alacağı təzminatın məbləği açıqlandı 

Ən çox oxunanalar