Cümə, 02 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək

Jurnalistlər üçün onlayn təlimlər təşkil ediləcək...

Noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib.

Medianın İnkişafı Agentliyindən PİA.az-a verilən məlumata görə, layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir.

Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaqdır.

Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda Vasif Talıbovun bu qadağaları götürüldü

İranın sabiq səfiri: Biz Ermənistana silah veririk və Azərbaycanı cazalandıracağıq

Naxçıvan gömrüyündə yeni əməliyyat: Rəis həbs olundu  

88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb? - Foto

Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı

Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları...

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Yanvarın 1-dən - Video

Ölən hamilə qadının qohumu: “Təcili yardıma 45 dəfə zəng vuruldu” - Yenilənib,Video

Kim Kardaşyanın keçmiş ərindən alacağı təzminatın məbləği açıqlandı 

Ən çox oxunanalar