Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görünməz düşmənlə davranışda səhvlər ölümcül olur

Ekspert: Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır

İlin əvvəlindən Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə dəm qazından zəhərlənməyə məruz qalmış 316 nəfər müraciət edib. 2020-ci ildə müvafiq rəqəm 416, 2021-ci ildə 396, bu il isə 316 nəfər olub. Belə görünür ki, maarifləndirmə tədbirləri, habelə, Azəriqaz və abonentlərin özü tərəfindən görülən təhlükəsizlik tədbirləri öz effektini verir, dəm qazından zəhərlənməyə məruz qalan insanların sayı getdikcə azalır.

Doğrudur, hələ də dəm qazı zəhərlənmələri ilə bağlı hallar olur, bəzi hallarda bu ölümlə nəticələnir, yaxşı olar ki bu cür zəhərlənməyə məruz qalanlar ümumiyyətlə olmasın. Lakin evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.

Qazdan zəhərlənmə: nədən yaranır, necə qurtulaq?

Karbon-monoksit, yəni dəm qazı rəngsiz, dadsız, qoxusuz, tez alışan zəhərli qazdır. Karbonmonoksit qazı karbon tərkibli materialların yanması və ya natamam yanması nəticəsində yaranır. Tənəffüs yolu ilə bədənə daxil olur və birbaşa qana keçir, oksigenin udulmasının qarşısını alır, zəhərlənmə və ölümə səbəb olur. Karbonmonoksit zəhərlənməsinə səbəb ola biləcək vasitələr qapalı mühitlərdə yandırılan sobalar, bacası çəkməyən sobalar, qazla işləyən su qızdırıcısıdır. Habelə bacasız qaz sobalarında yanacağın yaxşı yanmaması səbəbindən dəm qazından zəhərlənmə də baş verir. Xüsusilə soba tüstüsündən yaranan dəm qazından zəhərlənmələr kütləvi ölümlərə səbəb olur.

Dəm qazı istənilən yanar maddənin yanmayan hissəsində əmələ gələn qazdır. O hər bir evdə var və heç vaxt tüstü bacasından çıxmır. Çünki dəm qazı havadan ağır, maddənin tam yanmış hissəsindən ayrılan tüstü isə havadan yüngüldür, bu səbəbdən də tüstü bacadan çıxa bilir, lakin dəm qazı çıxmır. Dəm qazı evə dolarkən evin qapı və pəncərələri açılmalı və ev havalandırılmalıdır.

Qazın tərkibindəki zərərli maddələr havada 3-4 dəqiqə asılı qaldıqda belə orqanizmimiz ondan təsirlənir. Bu hallarda zəhərlənmə həmin mühitdə nə qədər müddət qalmağımızdan asılı olaraq ağır və ya yüngül olur. Qaz zəhərlənmələrində zəhərlənən şəxsə düzgün ilkin yardım göstərlilərsə onu həyata qaytarmaq da mümkün olur. Zəhərlənən şəxsi ən birinci olduğu mühitdən uzaqlaşdırmaq, təmiz hava iulə təmas etdirmək mütləqdir. Ağız boşluğunu, nəfəs yollarını selikdən təmizləmək lazımdır və dərhal təcili tibbi yardıma müraciət etmək vacibdir.

Yeri gəlmişkən, son illərdə mənzillərdə qaz avadanlıqlarının quraşdırılması zamanı qaz dedektorlarının quraşdırılması da tələb olunur. Qaz sızması və zəhərlənmə təhlükəsi olduğu barədə xəbərdarlıq siqnalı verən bu dedektorlar təhlükə anında işə düşür. Bazar qiyməti olduqca münasibdir, istənilən evdə quraşdırılması mümkündür.

Dəm qazından qorunmaq üçün ən etibarlı yol dəm qazı aşkarlayan detektora sahib olmaqdır. Bu tədbirlərin nə dərəcədə effekti var və təhlükəsizlik üçün hansı tədbirlər görülməlidir?

Ekspert: “Bu şərtlərə riayət edilsə, heç vaxt hər hansı bir qəza, o cümlədən dəm qazından zəhərlənmə olmaz"

Kommunal sistemlər üzrə araşdırmaçı jurnalist Elçin Bayramlı deyir ki, qazla bağlı təhlükəsizliyinin təmin olunması, qəza və ölüm hallarının başç verməməsi üçün hər şey başdan düzgün edilməlidir: “Əvvəla, evə, mənzilə, obyektə qazın çəkilişi ixtisaslaşmış lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır və Azəriqaz tərəfindən yoxlanılıb rəy verildikdən sonra qaz sistemində özbaşına heç bir dəyişiklik edilməməlidir. İkincisi, qaz cihazları və avadanlıqlarından istifadə edərkən mütləq standartlara cavab verən, müvafiq seritifikatı olan avadanlıqlar seçilməlidir.

Üçüncüsü, qazla davranış haqda təlimatlara riayət edilməlidir. Dördüncüsü, mənzildə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır. Beşincisi, suqızdırıcı qaz cihazları qapalı hamamda quraşdırılmamalıdır. Əgər başqa imkan yoxdursa, bu halda hamamın hava çıxışı təmiz olmalılıdır, üstəlik qapıların aşağı hissəsində bir neçə yarıq qoyulmalıdır. Bu şərtlərə riayət edilsə, heç vaxt hər hansı bir qəza, o cümlədən dəm qazından zəhərlənmə olmaz”.

“Görünməz düşmənlə davranışda səhvlər ölümcül olur”

Ekspert deyir ki, abonentlər hər hansı təhlükə və ya şübhə zamanı dərhal müvafiq idarəyə məlumat verməlidir: “Azəriqaz son illərdə bütün şikayət və müraciətlərə, qəza siqnallarına çox operativ reaksiya verir və problem aradan qaldırılır. Baş vermiş qəzaların analizi göstərir ki, orada əvvəldən təhlükə olub, lakin bu haqda müvafiq idarəyə heç bir məlumat verilməyib. Belə bir məlumat olduqda, artıq məhsulliyət Azəriqazın üzərinə düşür və o da problemi aradan qaldırmağa çalışır. Əks halda, məsuliyyət vətəndaşların üzərində qalır və təhlükə də faciəyə çevrilir. Görünməz düşmənlə davranışda səhvlər ölümcül olur”.

Ekspert qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd edib: Azəriqaz-ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütamadi yoxlamalar aparmalı, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır.

Qarşıdan qış gəlir və qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təlimata riayət etməlidirlər ki, faciələr baş verməsin.(sia.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar