Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibəni uduzan və geriyə çəkilən ruslar...

Artıq 9 aydır davam edən genişmiqyaslı müharibədə Rusiya nə qədər Ukrayna ərazisini ələ keçirdi və sonra nə qədərini itirdi...

Fevralın 24-dən etibarən Rusiya ordusu Ukraynada üç “xoşməramlı jest” nümayiş etdirərək cəbhə xəttindən böyük geri çəkilmə həyata keçirib. Nəticədə rusların işğal etdiyi 60 min kvadrat kilometrdən çoxərazi yenidən Ukraynalıların nəzarətinə keçib. Bu, genişmiqyaslı müharibə başlayandan bəri işğal edilmiş ərazinin demək olar ki, yarısıdır.

Rusiya ordusi hücum etdi və necə geri çəkildi

Üzdə olan məlumatlardan istifadə edərək, ekspertlə birlikdə Rusiya ordusunun üç əsas geri çəkilməsinin səbəb və nəticələrini təhlil etməcə cəhd etdik.

Kiyev alınmadı və bir-birindən asılı olan bir sıra uğursuzluqlar başladı”

Fevralın 24-dən martın sonuna qədər Rusiya ordusu Ukrayna ərazisinin 125 min kvadrat kilometrini işğal edib. Bu, 9 aylıq genişmiqyaslı müharibədə Rusiyanın əldə etdiyi əsas uğur hekayəsidir. İlhaq edilmiş Krımı və 2014-cü ildən işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazilərini nəzərə alsaq, o zaman Rusiya martın sonda Ukraynanın təxminən 168 min kvadrat kilometr ərazisinə nəzarət edirdi.

Martın sonunda rus qoşunları 40 min kvadrat kilometrdən çox ərazini itirərək Kiyev və Çerniqovdan geri çəkildi. Hərbi ekspert Yuri Fedorov deyir ki, Kiyevi tez bir zamanda ələ keçirmək planı iflasa uğradıqdan sonra bu geri çəkilmə qaçılmaz oldu. “Kiyevi bir neçə günə - bir həftəyə almaq planı var idi. Ancaq bir həftə ərzində Kiyev alınmadı və bu sahədə məğlubiyyətə səbəb olan bir-birindən asılı uğursuzluqlar başladı”, deyə ekspert rusların Kiyevdən geri çəkilməsini izah edırkən deyib.

Rusiya komandanlığı tərəfindən maddi-texniki təchizat, təchizat və düşmən qüvvələrinin lazımi səviyyədə qiymətləndirilməməsi Ukrayna Silahlı Qüvvələrinə Kiyevi müdafiə etməyə imkan verdi. “Qış və ərimə səbəbindən yalnız asfaltlanmış yollarla hərəkət etmək mümkün idi. Bu, ordunun hərəkətlərini maneə törətdi və Ukrayna silahlı qüvvələrinə Qərb ölkələrindən əhəmiyyətli miqdarda Ukraynaya çatdırılan hərbi köməkdən rus qoşunlarının kolonnalarını kifayət qədər effektiv şəkildə vurmağa imkan verdi. Təchizat yalnız məhdud sayda nəqliyyat kommunikasiyaları vasitəsilə həyata keçirilə bilərdi. Buna görə də tıxaclar yarandı, logistik xaos başladı. Digər mühüm amil isə Kiyevi ələ keçirmək planını hazırlayan müəlliflərin Ukrayna Silahlı Qüvvələrinin hesablamadığı aktiv müqavimət idi”, deyə Yuri Fedorov geri çəkilmənin səbəblərini təhlil edib.

Bundan sonra Ukraynanın 80 min kvadrat kilometrə yaxın ərazisi Rusiyanın nəzarətində qaldı. Sonrakı beş ay ərzində geniş miqyaslı geri çəkildikdən sonra rus ordusu bu torpaqları praktiki olaraq heç bir ərazi itkisi olmadan nəzarətində saxladı.

“Onlar hesab edirdilər ki, Xarkov vilayətində qoşun saxlamaq lazım deyil”

Sentyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Balakliya şəhəri yaxınlığında Xarkov istiqamətində müdafiəni yardı və əks hücuma keçdi. Qısa müddət içində Rusiya vilayətə nəzarəti itirdi və işğal altındakı 10 min kvadrat kilometrə yaxın ərazini itirdi.

Ukraynanın səriştəli və düzgün tətbiq edilmiş taktikası belə nəticələr əldə etməyə imkan verdi. Birinci müdafiə xətti yarılanda Ukraynanın mobil qrupları şəhər və qəsəbələri ələ keçirməyə vaxt itirmədilər, onlardan yan keçərək Rusiya ordusu arasında rabitəni kəsdilər, deyə Yuri Fedorov rusların Xarkov vilayətindən geri çəkilməsini şərh edərkən deyib.

“Bu şəhərlərdəki rus qarnizonları çox deyildi, Ona görə də onlar sadəcə qaçmaq məcburiyyətində qaldılar. Əvvəlcə Ukrayna qüvvələri bölgənin cənubundakı İzyum qrupunu mühasirəyə aldı, onun təchizat xətlərini kəsdi və sonda İzyumdakı rus ordusu xaotik şəkildə geri çəkildi. Eyni şey Liman qrupu ilə də baş verdi. Oradan ümumilikdə 25-30 min rus əsgəri getdi. Bu insanlar fiziki olaraq məhv edilmədilər, lakin onlar mütəşəkkil bir ordu qüvvəsi kimi mövcud olmağı dayandırdılar, itkilərlə geri çəkilməyə məcbur oldular”, deyə Yuri Fedorov Xarkovdakı əks hücumun gedişatını təsvir edib.

O dövrdə Rusiyanın əsas döyüş hissələri Dnepr çayının sağ sahilində Xerson vilayətində və Donetsk cəbhəsində cəmləşmişdi. “Rus komandanlığı hesab edirdi ki, Xarkov vilayətində qoşun saxlamaq lazım deyil, çünki Ukrayna Silahlı Qüvvələri regionun dərinliklərinə soxulmağa gücünə sahib deyil. Xarkovda Ukraynanın müdafiə xəttini yarmaq qabiliyyətini qiymətləndirməkdə böyük səhv idi”, deyə Fedorov izah edib.

“Xersonun təslim olması çox ciddi siyasi məğlubiyyətdir”

İki ay sonra qoşunlar bu müddət ərzində fəth edilmiş yeganə regional mərkəz olan Xersonu tərk etdilər. Bununlada işğal olunmuş ərazi daha 4,8 min kvadrat kilometr azaldı. Hərbi ekspert Yuri Fedorovun fikrincə, avqustun sonunda qoşunları Dnepr çayının sağ sahilindən çıxarmağa dəyərdi, çünki bu, itkiləri minimuma endirəcəkdi.

Rusiya qoşunları iki istiqamətdə irəliləmək üçün yazda sağ sahildə cəmləşməyə başladı: qərbə - Nikolayevə və şimal-şərqə - Zaporojye, Krivoy Roq istiqamətlərinə. Ukrayna yayın ortalarında ABŞ-dan HİMARS (yüksək mobil artilleriya raket sistemi. - Red.) alanda və bütün maddi-texniki vasitələri, o cümlədən Dnepr üzərindən sol və sağ sahilləri birləşdirən körpülərin atəşə tutmağa başlayanda məlum oldu ki, planlaşdırılmış hücumun həyata keçirilməsi mümkünsüzdür. Bundan sonra Rusiya komandanlığı belə bir fikir irəli sürdülər ki, qoşunları sol sahilə çıxarmaq və onları ən çox ehtiyac duyulan ərazilərə, ilk növbədə Donetsk yaxınlığına köçürmək ən doğru taktikadır.

Amma Xersonun təslim olması çox ciddi siyasi məğlubiyyət oldu, ona görə də Putin Xersondan geri çəkilmə ilə bağlı hələ də susqunluğnu davam etdirir. Belə görünür ki, Putin Xersonu tərk etməyə heç razılıq da verməyib. Amma təchizat zəncirlərinə davamlı olaraq endirilən zərbələr Baş Qərargahı qoşunları sağ sahildən çıxarmağa məcbur etdi. Çünki avqust ayında ruslar ən çox itkini Dneprin sağ sahilində vermişdilər.



Müharibənin doqquzuncu ayında Rusiya tammiqyaslı işğalın başlanğıcından bəri fəth etdiyi ərazilərin yalnız yarısına nəzarəti saxladı. Noyabrın 24-nə olan məlumata görə, Ukraynanın Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərində təxminən 65 min kvadrat kilometr ərazi Rusiyanın nəzarətindədir. Bu, ortalama Rusiyanın bir vilayətinin ərazisi ilə müqayisə edilə bilər. Məsələn, Stavropol diyarı ilə.

Rusiya işğal etdiyi bu kvadrat kilometrlər üçün yüksək qiymət ödəyib. Oktyabrın ortalarına qədər Ukraynada Rusiya ordusunun bərpa olunmaz itkiləri 90 min nəfərdən çox ola bilərdi. Bərpa olunmaz itkilər sırasına həlak olanlar, itkin düşənlər, xəstəxanalarda aldığı yaralardan dünyasını dəyişənlər, eləcə də hərbi xidmətə qayıda bilməyən yaralılar daxildir.

“Məsələ artıq qələbədə deyil, zərəri minimuma endirməkdədir”

Hərbi ekspert Yuri Fedorov hesab edir ki, Rusiyanın bundan sonra böyük uğurları olmayacaq. O, Rusiya və Ukrayna arasında güc balansına təsir edən əsas amilləri sadalayıb.

Canlı qüvvənin kəmiyyəti və keyfiyyəti

Bütövlükdə aktiv Rusiya ordusunda 700 mindən çox hərbi qulluqçu olmasına baxmayaraq, onların hamısı döyüşlərdə iştirak edə bilməz. Rusiya səfərbərliyə ümid edir, lakin II Dünya Müharibəsindəki kimi meyitləri düşmən səngərlərinə atacaqları ümidi ilə zəif təlim keçmiş kütləni cəbhəyə atmaq pis strategiyadır, deyə Yuri Fedorov səfərbərliklə bağlı bildirib.

İndi canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulmuş xüsusi piyada əleyhinə silahlar var, logistik mərkəzləri vura bilən və cəbhəni sursat təchizatından məhrum edə bilən uzun mənzilli artilleriya var. İkinci Dünya Müharibəsi zamanı isə belə deyildi.

Silah və sursat

Rusiyada müasir modellərin silahları tükənir, köhnəlmiş modellər anbardan çıxarılır. Fedorov hesab edir ki, onları modernləşdirməyə çalışırlar, lakin bu, heç nəyi dəyişə bilməz.

Artıq sentyabrın sonunda, Xarkov vilayətindən geri çəkildikdən sonra Rusiya bütün döyüşə hazır tanklarının 35%-dən 67% -ə qədərini və zirehli texnikanın 12%-dən 27% -ə qədərini itirdi. Pilotsuz uçuş aparatlarının itkiləri də yüksəkdir. Oriks layihəsinin minimum hesablama məlumatlarına əsaslanarsaqRusiya müharibədə pilotsuz təyyarələrinin 7% -ni itirib və maksimuma görə, Ukrayna tərəfinin versiyası isə 49%-dir. Minimum hesablamaya görə, Rusiya artilleriya qurğularının 7%-ni, maksimuma görə isə 28%-ni itirib.

Verilən əmrlərin keyfiyyəti

Yuri Fedorov deyir ki, Ukrayna komandanlığı problemlərin həllinə daha “kreativ” yanaşır və şablonlar üzrə fəaliyyət göstərən Rusiya komandanlığından üstündür. Rusiya ordusunun əsas aləti atəş kütləvi atəş şablonudur. Rusiya ordusunun artilleriya qurğularının sayında üstünlüyü var və mərmiləri əsirgəməyən Rusiya bu üstünlükdən yararlamağa şalıçır. Məhz artilleriya vasitəsi ilə Ukrayna ordusunun müdafiəsi zəiflədildi və Luqansk vilayətinin şəhərləri, o cümlədən Severodonetsk və Lisiçansk tutuldu.

Ekspertin fikrincə, bu şablon variantdır və Berlin uğrunda döyüşdə istifadə edilib. Ukrayna Baş Qərargahı isə daha maraqlı strateji həll yolları tapır. Məsələn, yayda uzun müddət deyirdilər ki, Ukrayna ordusu Dnepr üzərindəki körpülər vurulduqdan sonra Ukrayna ordusu Xersona əks-hücum edəcək. Amma körpülər vurulduqdan sonra , Ukrayna ordusu Xersondan deyil, Xarkovdan əks-hücuna keçdi.Fyodorovun sözlərinə görə, bu, olduqca möhtəşəm və qeyri-standart bir hərəkət idi.

Orduların əhval-ruhiyyəsi

Motivasiya baxımından üstünlük öz ərazilərini müdafiə edən ukraynalıların tərəfindədir.

“Avqustun sonuna qədər Rusiyanın hakim dairələrində çoxları hesab edirdilər ki, müharibədə qələbə nəinki mümkündür, həm də praktiki olaraq təmin olunub, yeganə sual vaxtdır. İndi vəziyyət əksinədir. Artıq əksəriyyət qələbənin qeyri-mümkün olduğuna inanır və məğlubiyyət gerçəkləşir. Məsələ artıq qələbə deyil, zərərin minimuma endirilməsidir”, deyə hərbi ekspert Yuri Fedorov bildirib.

Mənbə: “Важные истории”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar