Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Ukraynaya 150 kilometr mənzilli yeni raketlər verəcək

Yüksək dəqiqlikli GLSDB 2023-cü ilin yazında Ukrayna Silahlı Qüvvələrində peyda ola bilər…

Pentaqon Ukrayna ordusunu 94 mil (təxminən 150 kilometr) mənzilə malik GLSDB dəqiq idarə olunan raketlərlə təchiz etmək təklifini nəzərdən keçirir.

PİA.az xəbər verir ki, bu barədə Reuters hərbi sənayedəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Pentaqon GLSDB-nin tədarükü planını SAAB AB ilə birlikdə bu raketləri istehsal edən Boeing-dən alıb. Sənəddə bildirilir ki, 2023-cü ilin yazında Ukraynaya raketlərin çatdırılmasına başlamaq mümkün olacaq.

Qeyd edilir ki, Amerika ordusunun anbarlarında GLSDB raket ehtiyatları var. Bundan əlavə, ABŞ-da raketlərin əsas komponentlərinin - M26 mühərriklərinin və GBU-39 döyüş başlıqlarının da ehtiyatı var. Bir döyüş başlığının qiyməti təxminən 40 min dollardır, bu xərc aşağı səviyyə hesab olunur. Əgər yeni raketlərin istehsalı üzrə müqavilə imzalansa, altı raket komponenti təchizatçısının iştirakı tələb olunacaq.

Pentaqonun sözçüsü Tim Qorman Ukraynaya verilə biləcək xüsusi silah növləri haqqında danışmaqdan imtina edib, lakin əlavə edib ki, ABŞ və müttəfiqləri “ən uyğun silah sistemlərini nəzərdən keçirirlər”.

Reuters yazır ki, 150 kilometrə qədər mənzilli GLSDB raketləri Ukrayna ordusuna Rusiya ordusunun xətlərinin çox arxasındakı hədəfləri vurmağa imkan verəcək. Bu, Ukrayna Silahlı Qüvvələrə yeni hücum əməliyyatları keçirmək imkanı verəcək.

İndi Ukrayna Silahlı Qüvvələrində 80 kilometrə qədər mənzilli HIMARS qurğuları üçün raketlər var, onlar yayın ikinci yarısında çatdırılmağa başlayıb. Bu raketlər Ukrayna hərbçilərinə, xüsusən də Xerson vilayətində Dnepr çayının sağ sahilində Rusiya müdafiəsinin dərinliklərində yerləşən hədəfləri və çay üzərindəki körpüləri atəşə tutmağa imkan verib. Nəticədə logistikada yaranan çətinliklərə görə ruslar Dnepr çayının sağ sahilindən geri çəkilməli oldular.

Reuters-in məlumatına görə, bundan əvvəl Ukrayna ABŞ-dan 300 kilometrə qədər məsafə qət edə bilən ATACMS raketlərini istəyib, lakin amerikalılar onları tədarük etməkdən imtina ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar