Cümə, 03 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.

PİA.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb. İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.

Azərbaycan Premyer Liqası, XV tur
29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

pia.az 


Etiket: Liqa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yüksək vəzifəyə təyin edilən İlkin İsmayılov kimdir?

Keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumu işdən çıxarıldı

Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...

Zelenski köpək balığı saxlayan oliqarx hamisini niyə hədəfə alıb?

Yeltsinin gündəlik “paxmel” vəziyyəti Vaşinqtonun probleminə çevrilibmiş...

“Bu dəhşətlidir” - Kral ailəsinin qalmaqalları sirrləri…

Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

İranlı nazir Xoy sakinlərinə: “Sığınacaqlar sizin nəyinizə lazımdır ki?!” - Video

“Cavab vermək üçün bir şeyimz var” – Putin Ukraynaya verilən tanklardan danışıb

"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib

Ən çox oxunanalar