Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Transatlantik blokda iqtisadi mübahisələr - Avropa ABŞ-dan narazılıq edir…

Rusiyanın ukraynalıları diz çökürmək istədiyi kritik bir vaxtda Transatlantik cəbhədə başlayan mübahisələr həyəcan siqnalı üçün əsas verir…

PİA.az xəbər verir ki, “The Guardian” Avropa-Amerika rəqbətinə baxış keçirən məqalə ilə çıxış edib. Məqalə Avropanın ABŞ-dan narazı qalmasından, ABŞ isə öz müttəfiqlərinə deyinməyi dayandırıb iş görməyə çağışından bəhs edir:

Keçən il “General Motors”un Superkubok zamanı yayımlanan reklamında aktyor və komediya ustası Uill Ferrell Norveçdə ABŞ-la müqayisədə daha çox elektriklə işləyən avtomobil satıldığını deyərək vətənpərvər təəssübkeşliyi nümayiş etdirirdi. ilki “General Motors”un ən son batareya texnologiyasını milyonlarla tamaşaçıya təqdim etməzdən əvvəl Ferrell, “Norveç bizi elektrikli avtomobillərdə məğlub edir!”, deyə, giley də edirdi.

Artıq təxminən iki ildir ki, Atlantik okeanının o tayında bu cür narahatlıqlar hiss olunur. İnflyasiyanın Azaldılması Aktı (İAA) qeyd edir ki, prezident Co Baydenin infrastruktur üçün “Amerikadan al” qaydalarının tətbiqindən sonra, bu qaydanın yanvar ayından etibarən aşağı karbonlu iqtisadiyyata keçiddə iştirak edəcək ABŞ şirkətlərinə təxminən 370 milyard dollar dəyərində subsidiya və vergi güzəştləri edilməsinə imkan verəcək. Həmçinin şimali amerikalıları elektrik avtombillərini almağa təşviq etmək üçün təxminən 50 milyard dollar vergi kreditlərinin verilməsi nəzərdə tutulub. Kanada və Meksika əvvəlcə bu güzəştlərdən kənarda qalsa da sonradan razılaşmaya daxil olunub.

Prezident Bayden bu güzəşt siyasətini amerikalıların istəklərini sıfıra endirmək, bütün ABŞ-da yaxşı, təmiz enerjiyə əsaslanan iş yerləri yaratmaq və “ABŞ-da istehsal” ritorikasına vüsət vermək vasitəsi kimi qiymətləndirib.

Qeyd edək ki, bu fonda Parisin, Berlinin və Brüsselin mənzərəsi daha az nikbinlik yaradır və getdikcə daha çox şirkət Avropanın qadağanedici enerji xərclərindən qaçmağa çalışır. Amerikanın nəhəng subsidiyalarının cazibəsi sənaye köçünü ABŞ-a doğru sürətləndirəcəyi qorxusu yaradır. Fransa prezidenti Emmanuel Makron keçən ay bildirmişdi ki, əgər ABŞ Çinin proteksionist yolunu təkrarlayarsa, Avropa geri qalmağı qəbul etməyəcək və azad ticarətin qızıl çağına can atacaq. “Bizə də amerikalılar kimi, “Avropanın Alınması Aktı lazımdır”, deyə, cənab Makron əlavə edib və “Biz subsidiyalarımızı avropalı istehsalçılarımız üçün ehtiyatda saxlamalıyıq”, vurğulayıb.

Almaniyada da əhval-ruhiyyə oxşar görünür. İqtisadiyyat naziri Robert Habek bildirib ki, Avropanın da Baydenin layihəsinə oxşar yerli satınalmaları hədəfləyən layihəyə ehtiyacı var.

Bu həftə Vaşinqtona dövlət səfəri zamanı Makron avropalı istehsalçılar üçün güzəştlər əldə etməyə çalışacaq ki, bu da onlara ABŞ-da yerləşən istehsalçılarla daha səviyyəli oyun meydanında rəqabət aparmağa imkan verəcək. O, həmçinin Aİ-yə satılan Amerika qazının qiymətindəki böyük artımla bağlı Avropanın məyusluğunu çatdıracaq.

Lakin qeyd olunan Aktla böyük dəyişikliklər etmək mümkün deyil və istənilən halda hərəkətin istiqaməti aydındır. Baydenin hakimiyyətə gəldikdən sonra əsas ticari diqqəti Çinlə rəqbətə və 2016-cı ildə Trampın dövründə olduğu kimi, iqtisadiyyatın rəqabətdə zəifləmiş bəzi sahələrini dirçəltmək olub. Vaşinqtonun ən yüksək səviyyəli ticarət rəsmisi Katerine Ta, Avropa İttifaqını şikayət etməyi dayandırmağa və ABŞ-ın subsidiya proqramının öz versiyasını təqdim etməyə və beləliklə, Çindən asılılığını sıfıra endirməyə çağırıb.

Rusiyanın ukraynalıları diz çökürmək istədiyi kritik bir vaxtda bu transatlantik mübahisənin Qərb birliyini pozmasına icazə verilməməlidir. Lakin cənab Baydenin siyasətlərinin dəyişməsi Avropa liderləri üçün həyəcan siqnalı olmalıdır.

Yaxşı və ya pis, azad ticarətin Qərbdə mübahisəsiz strateji hədəf olduğu dövr başa çatıb. Bu konsensusun mənfi tərəfləri Qərbin post-sənaye bölgələrində populist etirazlar, Covid-lə əlaqəli təchizat zəncirindəki uğursuzluqlar, milli təhlükəsizlik narahatlıqları və qlobal enerji böhranı ilə üzə çıxdı. Avropanın qarşısında duran vəzifə şəffaflığa və beynəlxalq ticarətə sadiqliyini qoruyub saxlamaq, eyni zamanda dəyişən zamana adekvat olan Avropa iqtisadi suverenliyi konsepsiyasını hazırlamaqdır.

Aİ daxili bazar komissarı Tierri Breton cənab Baydenin subsidiyalarını dünyanın təmiz enerjiyə keçidi zamanı “qətiyyət və cəsarət” nümunəsi kimi təsvir edib. Avropa indi eyni şəkildə cavab verib-verməyəcəyinə qərar verməlidir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar