Cümə, 03 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb - Foto

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb. 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının Nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir bu kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib.

İclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının da artıq yekunlaşdığı diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə də təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərlərinin valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd olunub.

Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edildiyi vurğulanıb.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətiində aparılan işlər diqqətə çatdırılıb. Bu il e-gov üzrə müraciət sayının 8,9 milyon, e-sosial.az portalına müraciət sayının 9,7 milyon olduğu, 280,5 min proaktiv təyinat aparıldığı, eləcə də proaktiv qaydada 157 mindən çox sosial sığorta nömrəsinin açıldığı, 466,6 min e-arayış verildiyi bildirilib.

İclasda qeyd olunan istiqamətlərdə görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yüksək vəzifəyə təyin edilən İlkin İsmayılov kimdir?

Bakıda dəhşətli qətlin təfərrüatı: Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı - Yenilənib

Keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumu işdən çıxarıldı

“Yasin Hüseynzadə həmin xəstəxanada öldürüləcək” - Qabil Hüseynli

Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...

Zelenski köpək balığı saxlayan oliqarx hamisini niyə hədəfə alıb?

Yeltsinin gündəlik “paxmel” vəziyyəti Vaşinqtonun probleminə çevrilibmiş...

“Bu dəhşətlidir” - Kral ailəsinin qalmaqalları sirrləri…

Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

İranlı nazir Xoy sakinlərinə: “Sığınacaqlar sizin nəyinizə lazımdır ki?!” - Video

"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib

Ən çox oxunanalar