Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin anım tədbiri keçirilib - Fotolar

Dünən Lənkəran rayonunda ikinci Qarabağ döyüşlərində şəhidliyə ucalmış baş leytenant Vüsal Kazımovun anım günü ilə əlaqədar olaraq xatirəsi yad edilib.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul işçilərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə öncə şəhid Vüsal Kazımovun ailəsi, sonra isə məzarı ziyarət olunub.

Daha sonra şəhid Vüsal Kazımovun təhsil aldığı Lənkəran rayonu M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində anım günü ilə bağlı tədbir düzənlənib.

Tədbirdə şəhidin döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray, müəllimləri çıxış edərək Vüsal Kazımov haqqında xatirələrini bölüşmüş, məktəblilər şeirlər səsləndirmişdir.

Eyni zamanda tədbir çərçivəsində şəhid baş leytenantın adına həsr olunmuş şeir müsabiqəsi də keçirilmiş, qaliblər elan olunmuşdur.
Xüsusən qeyd edək ki, toplantı zamanı məktəb rəhbərliyi tərəfindən şəhidin qızı Nuray Kazımova Fəxri Fərmanla təltif olunmuşdur.

Onu da vurğulayaq ki, ölkə Prezidentinin sərəncamına əsasən şəhid baş leytenant Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Fotolar

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar