Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: 1/8 finalın daha bir iştirakçısı bəlli olub - Yenilənib

Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub...

"Report"un məlumatına görə, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda birinci hissə yekunlaşıb.

İlk yarıda qapılara qol vurulmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

PİA.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.

Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar