Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə məmur var ki, onun bir villası ölkədə uşaq pulunu verməyə tam bəs edər” - Hafiz Hacıyev

“Bəs niyə bu məmurların əməlləri göz önündə ola-ola onları həbs etmirlər?”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev həbs edilən məmurlarının dövlətdən yediyi milyonları PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev həbs edildi. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edildi.

144 milyonla minlərlə uşağa uşaq pulu vermək olardı. Amma hər dəfə uşaq pulu deyiləndə məmurlar deyirlər dövlətin o qədər pulu yoxdur. Belə çıxır ki, dövlətin pulu tək məmurlara aiddir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Məmurların ölkəni talan etməsinə son qoyulmalıdır”.

Prezident Aparatının ərizə və şikayətlər şöbəsinin müdiri Süleyman müəllimin milyardlarla var-dövlətinin olması haqqında məlumatların yayıldığını nəzərə çatdıran partiya sədri sual verib ki, o Aparatda gələn məktublara baxır, bəs sərvəti haradan yığıb?

“Mən ömrümün 30 ilini korrupsiya ilə məşğul olan məmurların fəaliyyətini ifşa etməklə keçirmişəm. Məmurlar dövlətin malını dədə malı kimi bölürlər. Azərbaycanda elə məmur var ki, onun bir villası ölkədə uşaq pulunu verməyə tam bəs edər. Amma çox təəssüf ki, onlar xalqı fikirləşmirlər. Dövlətin malını özləri və balaları xaricdə dağıdırlar.

Vasif Talıbovun İstanbulda hotelləri var. O cümlədən, o İstanbulda bir məhləni tamamilə alıb. Mən İstanbulda xəstəxanadan çıxanda yolda mənə 99 - 999 nömrəli maşını göstərdilər. Bizim hüquq-mühafizə orqanları öyrənsinlər görək bu maşın kimindir ki, İstanbulda at oynadır? AZAL-ın sahibi Cahangir Əsgərovun da İstanbulda bir neçə hoteli var. Məmurların çoxu Azərbaycanın sərvətlərini talayıb, Tiflisdə, İstanbulda və başqa yerlərdə özlərinə obyekt açırlar.

Bəs niyə bu məmurların əməlləri göz önündə ola-ola onları həbs etmirlər? Məlumat yayılıb ki, Prezident Aparatının ərizə və şikayətlər şöbəsinin müdiri Süleyman müəllimin milyardlarla var-dövləti var. O Aparatda gələn məktublara baxır, bəs sərvəti haradan yığıb?

Hafiz Hacıyev: “Ölkədə baş verən hadisələr belə gedə bilməz. Çünki baş verənlərə görə xalq hiddətlənib”.

Bunların hamısı dövlət başçısını nüfuzdan salmağa hesablanmış addımlardır. Onların əllərin də kəssələr, gözlə, qaşla işarə edib o pulları yığacaqlar. Korrupsiya ilə məşğul olan məmurların sərvətini xalqa versələr, ölkədə uşaq pulunu da vermək olar, təqaüdləri də artırmaq olar. Amma belə olmur. Azərbaycan xalqı işləyir, məmurlar və balaları da sərvət içində yaşayırlar. Bu cür hallara son qoyulmalıdır. Məsələ təcili yekunlaşmalıdır.

Ölkədə baş verən hadisələr belə gedə bilməz. Çünki baş verənlərə görə xalq hiddətlənib. Xalqın hiddətinin qarşısını almaq üçün də hüquq-mühafizə orqanları çox ciddi addımlar atmalıdır. Məmurların ölkəni talan etməsinə son qoyulmalıdır”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: Məmurlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar