Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Sosialist Partiyasının bəyanatı

Keçən əsrin birinci yarısında– 1932 – 1933 illərdə Ukraynada milyonlarla insanın həyatına son qoymuş, SSRİ rəhbərliyinin təşəbbüsü ilə etnik ukraynalıların şüurlu və məqsədyönlü şəkildə məhv edilməsinə yönəldilmiş kütləvi aclıq – Qolodomor hadisəsi baş vermişdir.

Hadisələrin SSRİ – nin sənayeləşdirilməsi, radikal iqtisadi islahatlar, quraqlıq və sairə səbəblər üzündən baş verdiyini ön plana çəkərək həqiqətləri dünya ictimaiyyətindən ciddi – cəhdlə gizlətməyə çalışan – istər SSRİ – nin o dövrkü hakimiyyəti, istərsə də onun varisi olan Rusiya Federasiyası mənsubları bunların məhz etnik təmizləmənin, daha dəqiq ifadə etsək bir xalqa qarşı törədilmiş insanlığa qarşı cinayət və genosid olduğundan diqqəti yayındırmağa çalışırlar.

Törədilmiş cinayət - Qolodomor – aclıq səbəbindən dünyasını dəyişmiş insanların təqribi sayı 2,5 – 3,5 milyon nəfərə yaxındır ki, bu da bütöv bir xalqın genofonduna vurulmuş zərbənin dəhşətli miqyasını özündə əks etdirir.

Ukrayna Ali Radasının elan etdiyi qərara görə Qolodomor, Ukrayna xalqına qarşı törədilmiş genosid aktıdır.

Azərbaycan Sosialist Partiyası olaraq biz, XX əsrin birinci yarısında baş vermiş hadisələri qeyri – insani hərəkətlərin, bir xalqın məhvinə qarşı yönəldilmiş hərəkətlər olduğunu bəyan edir və gələcəkdə belə halların dünyanın tərəqqipərvər qüvvələri tərəfindən qətiyyətlə alınacağna ümid edirik.

Torpaqlarını qorumaq uğrunda işğalçya qarşı fədakarlıqla döyüşən Ukrayna xalqının yanındayıq və ona apardığı mübarizədə uğurlar diləyirik.

Azərbaycan Sosialist Partiyasının sədri E.Həsənov

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar