Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb...

XİN-dən PİA.az-a verilən xəbərə görə, görüş zamanı, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələri, onların inkişaf imkanları, enerji təhlükəsizliyi, habelə Şimali Makedoniyanın ATƏT-də 2023-cü ildə sədrliyi çərçivəsində planlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramov, bölgədə hazırki vəziyyət, AzərbaycanErmənistan arasında sülh gündəliyi, əlaqələrin normallaşması və bu sahədə Azərbaycan tərəfindən görülən işlər, habelə Ermənistan tərəfindən törədilən və qeyd edilən proseslərə xələl gətirən təxribatlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edən xarici işlər naziri Bucar Osmani, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. ATƏT çərçivəsində yaşanan çətinliklər nəzərə alınaraq, təşkilatın gücləndirilməsi istiqamətində fikirləri ilə bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar