Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya krallığına qarşı etirazlar səngimir

Keyt Middlton və Şahzadə Uilyam son zamanlarda tez-tez etirazların hədəfinə çevriliblər..

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Keyt Middlton və şahzadə Uilyam dünyanın ən görkəmli kral ailəsi üzvləri kimi tanınırlar. Böyük Britaniya taxtının bir nömrəli varisi olan yeni Uels şahzadəsi Uilyam və onun həyat yoldaşı Uels şahzadəsi Ketrin getdikləri yerdə tez-tez sevgi nümayişi ilə qarşılanır və əzizlənirlər.

Lakin cütlük bir müddət əvvəl ciddi etirazlarla üzləşmişdi. İrlandiyaya son səfəri zamanı Keytə etiraz edən qadın onun əlini sıxaraq “evdə otursan, daha yaxşı olardı” deyib. Amma Keyt üzündəki təbəssümü silmədən böyük peşəkarlıqla bu vəziyyətin öhdəsindən gələ bilib.

Cütlük keçən yay isə Karib dənizi turunun bəzi hissələrində yenə etirazlardan əziyyət çəkib. Əslində, turun ilk dayanacağı olan Belizdə baş çəkəcəkləri kakao ferması günlər əvvəl başlayan kəndli etirazı ilə proqramdan çıxarılıb və yerinə yenisi qoyulub. Ən çox etirazlarla isə Yamaykada qarşılaşdılar. Etirazçıların “əlinizdə əcdadlarımızın qanı var” sözləri unudulmaz olub. Bəzi krallıq şərhçiləri, hətta Keyt və Uilyamın bunun baş verəcəyini bildiklərini və bu tura getmələrinin yanlış olduğunu qeyd edib. Yeni vəzifələri, yəni Uels şahzadəsi titulları ilə çox da pis işləməyən cütlük 2014-cü ildən sonra ABŞ-a ilk səfərləri zamanı bir deyil, iki dəfə ağır etirazlarla qarşılaşıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar