Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Aİ-nin Ukraynaya yardım etməsini istəmir

Macarıstan Aİ-nin Ukraynaya yardım planına qarşı çıxır...

PİA.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan Avropa Komissiyasının Ukraynaya birgə yardım planını rədd etməyə davam edəcək.

Baş nazir Viktor Orban Macarıstanın dövlət radiosu “Kossuth”da etdiyi həftəlik çıxışında üzv ölkələrin ikitərəfli razılaşma çərçivəsində Ukraynaya kömək etmək ideyasını müdafiə etdiklərini, buna görə də, Macarıstanın Aİ Komissiyasının 18 milyard avroluq yardım paketini rədd etməyə davam edəcəyini bildirib.

“Borclu qalmaq istəmirik”

Ölkəsinin prinsipcə AB ölkələrinin ortaq kreditlər alması ideyasını dəstəkləmədiyini qeyd edən Orban: “Aİ-nin əməkdaşlıq edən ölkələr birliyi yerinə, borclu dövlətlər birliyinə çevrilməsini istəmirik”, deyib.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara da toxunan Orban bildirib ki, Aİ təbii qaz və nüvə enerjisinə qarşı sanksiyalar tətbiq edərsə, bunun Macarıstan üçün ağır nəticələri olacaq. Ona görə də, ölkəsi bundan azad edilməlidir.

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirsiz olduğunu müdafiə edən Orban: “Müharibənin əvvəlində sanksiyaların münaqişəni sona çatdıracağı və ya müharibənin tez bitməsinə kömək edəcəyi iddia edildi, lakin bu tədbirlər bizi hədəfə bir qarış belə yaxınlaşdırmadı”.

Qeyd edək ki, noyabrın 9-da Aİ Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketi təklif edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar