Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın “Doha faciəsi” 29 ildən sonra başa çatdı 

Yaponiya Milli Komandası Dohada növbəti mərhələyə keçməklə 29 il əvvəlki “faciə”ni sevincə çevirdi...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1993-cü ildə Qətərdə keçirilən son seçmə matçında İraqla 2:2 hesabı heç-heçə etdikdən sonra 1994 FIFA Dünya Kubokuna getmək hüququnu itirən Yaponiya Milli Futbol Komandası 2022 FIFA Dünya Kubokunda qrup liderliyini tamamlayıb və bununla da 29 il əvvəl Dohada yaşanan “faciə”ni sonlandırıb.

Qətərin ev sahibliyi etdiyi FİFA 2022 Dünya Çempionatının E qrupunun son oyununda Asiya yığması İspaniya ilə üz-üzə gəlib. Avropalı rəqibi üzərində 2-1 hesabı ilə üstün olan Yaponiya bu nəticə ilə ikinci qələbəsini qazanıb və E qrupunu 6 xalla lider kimi başa vurub.

Qrup mərhələsində əvvəlcə Almaniyanı, sonra isə İspaniyanı məğlub edən Yaponiya yığması bununla da növbəti mərhələyə adını yazdırıb.

Yapon xalqı sevinir

Kolleksiyasında Dünya Kuboku olan hər iki komandanı məğlub edərək tur vəsiqəsini qazanan Yaponiya Milli Futbol Komandası xalqına böyük sevinc bəxş edib.

1993-cü ildəki oyunda Yaponiya son dəqiqə qolu ilə mübarizədən kənarlaşdırılarkən, yapon xalqı bu məğlubiyyəti “Doha faciəsi” kimi qiymətləndirmişdi. Qətərdə əldə edilən uğurlarla Yaponiya cəmiyyəti bu faciənin bitdiyini düşünür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar