Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris və Berlinin Ukrayna mövqeyi... - İkili oyun, yoxsa?...

Belə görünür ki, Almaniya və Fransa Ukrayna müharibəsini tamamilə ABŞ-ın üzərinə yükləmək istəyirlər...

Siyasi-şərhçi: “Müharibənin uzanması hazırda ABŞ üçün əlverişli, Avropa üçün isə məcburiyyətdir. Avropa müharibənin uzanmasını istəməsə də, risk almadan lazımi addımları atmağa çalışır”.

“Düzdür, Rusiyanın çökməsi eyni zamanda Ukraynanında çökməsi anlamına gəlir ki, bu da ABŞ üçün o qədərdə cəlbedici deyil. Zatən müharibənin əvvəlindən Ukraynanın böyük güclərin poliqonuna çevrilməsi heç kəsə sirr deyil”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Avropa ölkələrinin Ukrayna müharibəsindəki indiki mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Fransa prezidenti Emmanuel Makron Kiyevə tankları 3 şərtlə verə biləcəyini deyib. Almaniya kansleri Olaf Şolts da Ukraynaya tank verməyi uzadır. Görünən odur ki, Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər. Yəni Kiyevə nə hərbi texnika veriləcəksə, Vaşinqton qabağa düşsün.

Demək olarmı ki, Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər? Digər tərəfdən Ukraynaya ağır silah verməkdən çəkinən Avropa müharibənin uzanmasına da səbəb olur. Müharibənin uzanması Avropanın maraqlarını təmin edirmi?

Ukrayna müharibəsindəki Avropa ölkələrinin maraqlarını PİA.az-ın əməkdaşı siyasi şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “ABŞ müharibəni maksimum dərəcədə uzadaraq Rusiyanı həm iqtisadi baxımdan, həmdə hərbi sahədə çökdürmək istəyir”.

Bütün Qərb ölkələrinin Ukrayna müharibəsində eyni mövqedə olmadıqlarını vurğulayan ekspert PİA.az-a bildirib ki, xüsusi ilə Almaniya bu məsələdə maksimum ehtiyatlı davranır, lakin müharibənin uzanmasını istəmir:

“Hesab edirəm ki, ABŞ və bəzi Qərb ölkələri bilərəkdən silah tədarükünü gecikdirərək bunu etaplı şəkildə həyata keçirirlər. Çünki bir dəfəyə bütün müasir silahların verilməsi təhlükəlidir. Bu Rusiyanın daha sərt cavabı, hətta nüvə silahına əl atması ilə nəticələnə bilər ki, bu da müharibənin daha da genişlənməsi ilə nəticələnə bilər.

Fikrimcə, ABŞ müharibəni maksimum dərəcədə uzadaraq Rusiyanı həm iqtisadi baxımdan, həmdə hərbi sahədə çökdürmək istəyir. Əslində bu strategiya iki tərəfdən uğurludur:

1. Müharibənin uzanması Rusiya daxilində günü gündən narazılıqların artmasına səbəb olacaq. Həm xalq, həmdə Rusiya siyasi elitası artıq indidən müharibənin bitməsini istəyir.

Hətta, son olaraq Ukraynadakı əməliyatların yeni təyin olunmuş komandanı Sergey Surovikinin General Valeriy Gerasimovla əvəzlənməsidə daxildə müəyyən proseslərin getməsindən xəbər verir. Rusiya ordusunda belə bu müharibənin heç də Rusiya üçün uğurlu olmayacağını düşünən generalların olması istisna deyil .

2. Birinci versiya baş verməzsə və Putin hakimiyyətini qoruyaraq çətinliklə də olsa bu müharibədə Ukraynaya qalib gələrsə, bu halda yorğun və tükənmiş Rusiyanın qarşısına yeni bir oyunçu çıxarıla bilər.

Kamran Məmmədli: “ABŞ üçün həmişə öz maraqları öndə gəlir və bu müharibə də əslində məhz Vaşinqtonun Rusiya ilə savaşıdır”.

Yorğun, iqtisadiyyatı və müdafiə sistemi çökmüş Rusiyanın qarşısına bir NATO ölkəsi və yaxud başqa bir ölkə çıxarılarsa, Rusiya üçün bu fəlakət ola bilər. Rusiya əsla ard-arda , yeni bir ölkə ilə müharibəyə hazır deyil. Bu baxımdan müharibə nə qədər çox uzanarsa, bu bir o qədər Rusiyanın çökməsi deməkdir.

Düzdür, Rusiyanın çökməsi eyni zamanda Ukraynanında çökməsi anlamına gəlir ki, bu da ABŞ üçün o qədərdə cəlbedici deyil. Zatən müharibənin əvvəlindən Ukraynanın böyük güclərin poliqonuna çevrilməsi heç kəsə sirr deyil. ABŞ üçün həmişə öz maraqları öndə gəlir və bu müharibə də əslində məhz Vaşinqtonun Rusiya ilə savaşıdır. Bu səbəbdən düşünürəm ki, bu silah tədarükü məsələsinin bu qədər uzadılması əslində müharibənin uzanması üçün hesablanıb.

Əlbətdə , bu məsələdə bütün Qərb ölkələri eyni mövqedə deyil. Xüsusi ilə Almaniya bu məsələdə maksimum ehtiyatlı davranır və Lakin müharibənin uzanmasını da istəmir. Ancaq düşünmürəm ki, Almaniya ABŞ və digər çoxsaylı ölkələrinin təziqləri qarşısında tab gətirə biləcək. Hətta dünən Almaniyanın xarici işlər naziri Ukraynaya “Leopard 2” tanklarının üçüncü ölkələr tərəfindən verilməsində heç bir problemin olmadığını bildirdi. Bu o anlama gəlirki, hətta bəzi narazı Qərb ölkələri belə zamanı qəldikdə təziqlər qarşısında tab gətirməyərək bu prosesin tərkib hissəsinə çevrilə bilirlər.

Müharibənin uzanması hazırda ABŞ üçün əlverişli, Avropa üçün isə məcburiyyətdir. Avropa müharibənin uzanmasını istəməsə də, risk almadan lazımi addımları atmağa çalışır. Avropa üçün müharibənin məhz Rusiyanın sərhədlərində bitməsi proritet məsələdir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar