A Seriyasının 19-cu həftəsində Inter öz meydanında Empoli-yə 1:0 hesabı ilə uduzub...
PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliya A Seriyasının 19-cu həftəsində Inter Empoli-ni qəbul edib.
Həftənin sürpriz nəticələrindən biri də “Cüzeppe Meazza” stadionunda keçirilən matçda Inter-in 1:0 hesabı ilə uduzması olub.
Matçın ilk hissəsində qol olmasa da, Skriniyarın qırmızı vərəqə alması ilə Inter 40-cı dəqiqədə çətinə düşüb. İkinci hissədə təsirini itirən Inter 66-cı dəqiqədə Baldanzinin qolu ilə məğlub olub. Qalan dəqiqələrdə edilən əvəzetmələr də kömək etməyib və Empoli meydandan qələbə ilə ayrılmağı bacarıb.
Bu nəticə ilə Inter 5 matçlıq fasilədən sonra liqada uduzaraq xalını 37-də saxlayaraq, zirvəyə gedən yarışda məğlub olub. Empoli isə 25 xala yüksəlib.
pia.az