Cümə axşamı, 02 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun baş katibindən “tank münaqişəsi” açıqlaması

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya istehsalı olan “Leopard-2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərarsızlığın tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşən Stoltenberq müttəfiq ölkələrin tank böhranından qısa zamanda çıxacağını düşündüyünü bildirib:

“Biz müharibənin bu həlledici məqamında qısa müddətdə Ukraynaya daha ağır və təkmil sistemlər göndərməliyik”.

Almaniya istehsalı olan “Leopard-2” tanklarına sahib olan ölkələr bunu üçüncü ölkəyə göndərməzdən əvvəl Berlindən icazə almalıdırlar. Almaniyadakı Olaf Şolz hökuməti hələ bu təsdiqi verməyə hazır olmasa da, Berlinə təzyiqlər artır.

Pistorius bəyan edib ki, konsensus əldə olunarsa, hökumət tanklarla bağlı tez hərəkətə keçə bilər.

Reuters-ə danışan alman müdafiə mənbəsinin sözlərinə görə, Polşa bu gün Almaniya hökumətinə Ukraynaya 14 “Leopard-2” A4 tankı göndərmək üçün müraciət edib. Bu addımın Berlinə təzyiqi artıracağı gözlənilir.

Almaniyanın xarici işlər naziri Anna Baerbok həftə sonu deyib ki, Polşa Ukraynaya “Leopard-2” tanklarının göndərilməsi ilə bağlı müraciət etsə, buna mane olmayacaq

pia.az


Etiket: Leopard-2 NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan səfirliyə hücum edən terrorçu ilə bağlı anlaşılmaz qərar

Bakıda dəhşətli qətlin təfərrüatı: Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı - Yenilənib

İtkin düşən azərbaycanlı Fransada ölü tapıldı

H.Hacıyev: "Bu şəxslər üçün vətən anlayışı yoxdur və dollar hər şeydən əzizdir"

İcra hakimiyyəti ev pullarını “yeyib”? - Video

“Yasin Hüseynzadə həmin xəstəxanada öldürüləcək” - Qabil Hüseynli

On altı yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olmağa görə yeni cəzalar müəyyənləşib

Ən çox oxunanalar