Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada Abramoviçin 500 milyon funt sterlinqlik şirkəti 1 funta satılıb

Abramoviçin Britaniyadakı telekommunikasiya şirkəti Truphone 1 funta satılıb…

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya şirkəti iki avropalı iş adamına satılıb. Sövdələşmə 1 funt sterlinq təşkil edib.

PİA.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Nəşrin yazdığına görə, şirkətin yeni sahibləri işlənmiş avtomobillərin satışı ilə məşğul olan alman sahibkar Hakan Kox və onun əvvəllər telekommunikasiya sənayesində çalışmış şəriki Pirros Koussiosdur. Britaniya mediası bildirib ki, Kochu Truphone-un aktivlərinin 90%-ni, Kussios isə 10%-ni əldə edib.

Financial Times həmçinin şirkətin satılması qərarının Böyük BritaniyaAvropa İttifaqının Roman Abramoviçə tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu yazıb. Abramoviç Truphone-də 23% paya sahiblik edib. Səhmlərin böyük hissəsi Abromoviçin mədən-metallurgiya şirkətindəki tərəfdaşları Evraz Aleksandr Abramova və Alexander Frolova məxsus olib.

FT-nin məlumatına görə, Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Strategiyası Nazirkiyi milli təhlükəsizlik və investisiyalar haqqında qanuna uyğunluğu təmin etmək üçün bir neçə aydır ki, sövdələşməni araşdırır. Bununla bağlı Daily Telegraph yazır ki, ilk növbədə London türkiyəli sənaye maqnatı Koçun Rusiya ilə əlaqələri olmasından narahat olub.

Qeyd edək ki, Truphone, SİM kartı dəyişmədən müxtəlif provayderlərə qoşulmağa imkan verən eSim texnologiyasını inkişaf etdirir. Britaniya mediasının məlumatına görə, şirkətin dəyəri 500 milyon funt sterlinq (615 milyon dollar) olaraq qiymətləndirilib.

Xatırladaq ki, daha əvvəl The Guardian qəzetinin əldə etdiyi sənədlərə istinadən yazıb ki, rus əsilli milyarder Roman Abramoviç öz övladlarına bir neçə milyard dollar dəyərində aktivləri ötürüb və əslində bu aktivlərə özü nəzarət edir. Transfer prosesi hələ Rusiyanın Ukraynaya təcavüzündən əvvəl baş verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar