Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyanın Laçın yolu bəyanatı... - Ermənistan Azərbaycanla birbaşa müzakirədən niyə çəkinir?

Ermənistan niyə Üçtərəfli Bəyanatın yerinə yetirilməyən müddəalarının Azərbaycanla birbaşa müzakirəsindən çəkinir və bundan yayınır?..

Politoloq: “Ermənistanın əsas məqsədi odur ki, mümkün qədər sülhə mane olsun və sülh prosesini uzatsın”.

Ermənistanda yerləşdirilən Aİ missiyası hər şeydən əvvəl İrəvanı yekun sülh sazişinin imzalanmasından qoruyacaq. İrəvan nəticəyə hesablanmış addımlarda maraqlı deyil. Buna görə də Ermənistan Azərbaycanla birbaşa görüşlərdən çəkinir”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistan xarici işlər nazirinin Laçın dəhlizi ilə bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Laçın yolunun açılması üçün iki yol var. Onlardan biri diplomatik, digəri isə hərbi yoldur.Mirzoyan hesab edir ki. onun ölkəsi ikinci yola üstünlük verir və buna görə də regiona BMTATƏT-in nümayəndələrini yollamaq, ya da başqa bir beynəlxalq təşkilatın Laçın yoluna nəzarəti öz üzərinə götürməsidir.

Maraq lıdır ki, məsələnin hərbi yolla həllinə işarə edən Mirzoyan bunu kimin edə biləcəyinə toxunmur. Böyük ehtimalla Ermənistanın xarici işlər nazirləri hərbi yolla bu işi həyata keçirəcək qüvvə olaraq Rusiya sülhməramlılarını görür. Çünki İrəvanın belə bir riski alacağını gözə alması heç inandırıcı görünmür.

Mirzoyanın bu bəyanatını necə dəyərləndirmək olar? Ermənistan niyə Üçtərəfli Bəyanatın yerinə yetirilməyən müddəalarının Azərbaycanla birbaşa müzakirəsindən çəkinir və bundan yayınır?

Ermənistanın növbəti Laçın dəhlizi “oyun”unu PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Bütün bu proseslər, BMT, ATƏT nümayəndələrinin yerindən regiona gəlməsi, əslində ikinci Qarabağ müharibəsinə qədər olan vəziyyəti bərpa etməyə hesablanmış addımlardır”.

Azərbaycanın Ermənistanla ikili olaraq danışmaq və sülhə nail olmaq istəyində olduğunu bir daha xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, mövcud problemlərin həllinin yeganə yolu məhz budur:

Ermənistanın əsas məqsədi odur ki, mümkün qədər sülhə mane olsun və sülh prosesini uzatsın. Ötən ilin oktyabr ayında mülki missiya adı altında Fransaya aid olan qüvvələrin regiona yerləşdirilməsi istəyi də bununla bağlı idi. Təbii ki, ona nail ola bilmədilər. O missiyanın fəaliyyəti də göstərdi ki, burada əsas məqsəd onların heç də Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində yerləşdirilməsi idi. Növbəti dəfə iki il müddətində missiyanın Ermənistana yerləşdirilməsi düşünürəm ki, Avropa İttifaqının mülki missiyasının regiona yerləşdirilməsindən daha çox, bu proses Fransanın anti-sülh gərginliyi artıran missiyası kimi qəbul edilməlidir. Çünki Ermənistanda yerləşdirilən bu missiya hər şeydən əvvəl İrəvanı yekun sülh sazişinin imzalanmasından qoruyacaq.

Bütün bu proseslər, BMT, ATƏT nümayəndələrinin yerindən regiona gəlməsi, əslində ikinci Qarabağ müharibəsinə qədər olan vəziyyəti bərpa etməyə hesablanmış addımlardır. Eyni zamanda Ermənistan keçən il Azərbaycana qarşı törətdiyi təxribatların layiqli cavabını aldı deyə, indi Azərbaycan ərazilərində təxribat törədə bilmir. Həmçinin azərbaycanlı ekofəalların Laçın ərazisində başlaydığı aksiyaya görə, artıq 40 gündən çoxdur ki, Ermənistan həmin ərazilərdən qanunsuz silahlar, minalar, təxribat törətmək istifadə olunan malların keçirilməsi demək olar mümkünsüz olub.

Xəyal Bəşirov: “Nə qədər ki, proseslər bi tempdə inkişaf edir, məsələnin də tam həllinə nail olmaq mümkün olmayacaq. Bu isə Ermənistanın can atdığı nəticədir”.

Digər tərəfdən də iki illik missiyanın bütün Ermənistan ərazisində fəaliyyət göstərəcəyi qeyd edilib. Düşünürəm ki, son zamanlar Ermənistanın anti-Rusiya siyasəti bir daha ondan xəbər verir ki, Paşinyan Rusiyanın tabeliyindən çıxmağa çalışır. Eyni zamanda Ermənistanın KTMT-dəki fəaliyyəti onu deməyə əsas verir ki, İrəvan ənənvi siyasətindən fərqli mövqe ortaya qoymağa çalışır. Amma Ermənistanın seçdiyi siyasət yenə də bölgədə vəziyyəti gərginləşdirəcək.

Azərbaycan isə Ermənistanla ikili olaraq danışmaq və sülhə nail olmaq istəyir. Prosesin və mövcud problemlərin həllinin yeganə yolu məhz budur. Burada digər tərəflərin iştirakına heç bir ehtiyac yoxdur. Digər tərəflərin iştirakı yalnız və yalnız prosesi uzada bilər. Azərbaycan prosesdə digər tərəflərin iştirak etməsinə razılıq da verdi. Amma keçirilən görüşlərdə əldə olunan nəticələrə Azərbaycan əməl etsə də, Ermənistan əməl etmədi.

Bu məqam da onu göstərir ki, Ermənistan heç bir görüşdə səmimiyyət nümayiş etdirmir. irəvan nəticəyə hesablanmış addımlarda maraqlı deyil. Buna görə də Ermənistan Azərbaycanla birbaşa görüşlərdən çəkinir. Nə qədər ki, proseslər bi tempdə inkişaf edir, məsələnin də tam həllinə nail olmaq mümkün olmayacaq. Bu isə Ermənistanın can atdığı nəticədir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar