Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İrandakı səfirliyinə hücum - Tehran qonşularını təhdid etməyə davam edir...

Azərbaycanın Tehrandakı səfirliyində terror aktından 6 saat əvvəl İsrailə raket hücumu İranın tam maliyyələşdirdiyi və nəzarət etdiyi qrup tərəfindən həyata keçirilib...

Müəllif James Wilson
Eureporter.co

Yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Təcavüzkar içərisində iki uşaq olan avtomobillə səfirliyin binasına qaçıb, səfirliyin yaxınlığında dayanmış avtomobilə çırpılıb, içəri girib və səfirliyin mühafizə postuna Kalaşnikov avtomatından atəş açıb. Hücum nəticəsində diplomatik missiyanın mühafizə rəisi həlak olub. Daha iki mühafizəçi yaralanıb.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs 50 yaşlı Yasin Hüseynzadə olub. O, Azərbaycan vətəndaşı ilə evlidir və İranın Şərqi Azərbaycan əyalətindən Tehrana gəlib.

Dünyanın heç bir ölkəsi xarici səfirliklərə edilən terror hücumlarından sığortalanmayıb. Amma İran tarixində diplomatik nümayəndəliklərə çoxsaylı hücumlar (1829-cu ildə Rusiya səfirliyində törədilən qətliamdan tutmuş 1979-cu ildə ABŞ səfirliyinin və 2016-cı ildə Səudiyyə Ərəbistanı konsulluqlarının ələ keçirilməsinə qədər) həmişə İran hakimiyyətinin bilgisi və əmri ilə həyata keçirilib.

Əsrlər keçsə də, İran ictimai rəyi hələ də diplomatların öldürülməsinə normal baxır. Məsələn, ötən il Diplomatlar Günündə Rusiyanın Tehrandakı nümayəndəliyinin rəhbəri Levan Caqaryan Tehran fanatikləri tərəfindən qətlə yetirilən şair və səfir Aleksandr Qriboyedevin xatirəsini yad edib və bu, İran sosial mediasında qəzəb dalğasına səbəb olub, səfirə lənət oxunulub səfir təhdid edilib. Hətta Rusiyanın hazırkı səfirinin də Qriboyedevin taleyini yaşayacağı qeyd edilib.

Qeyd edək ki, Qriboyedevin tanınmaz halda ona nəşi yüzlərlə cəsəd arasında ancaq onun kəsik barmağına görə tanınıb. Rus səfir həmin barmağını dueldə atışırkən itirmişdi.

İran 1829-cu ildə bir diplomatın linç edilməsinə görə utanmağı, günahı etiraf etməyi və ya bağışlanma istəməyi tamamilə lazımsız hesab edir və hələ də bir səfirliyi tamamilə qırıb öldürdüyünə görə üzr istəmək əvəzinə, onların xatirəsini yad edənləri təhdid edir. Hətta İran diplomatları öz Telegram kanallarında insidenti şərh edərək, günahın səfirin özündə olduğunu yazıblar. Demək ki, bu zehniyyət İranda 200 ildən çoxdur ki, yaşayır...

Bu gün İrandan kənarda, müxtəlif ölkələrdə, müxtəlif qitələrdə bu ölkənin məxfi xidmətlərinin agentləri və Ayətullah rejimi tərəfindən, daha dəqiq desək, İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən terror strukturları ABŞ və İsrail səfirliklərinə hücumlar hazırlamaqda ittiham olunurlar.

Təbii ki, İran hakimiyyətinin Azərbaycan səfirliyinə atəş açmaq barədə birbaşa göstəriş vermədiyini güman etmək olar. Çünki hələ ki, bu terror aktının arxasında birbaşa İran xüsusi xidmət orqanlarının olduğunu sübüu edən heç nə yoxdur. Buna baxmayaarq, terror aktı çoxlu suallar yaradır. İran silahların dövriyyəsinə tam nəzarət edən və rejimin əleyhdarlarından hətta köhnə ov tüfənglərinin müsadirə edilməsi barədə mütəmadi olaraq məlumat verən bir ölkədir. O zaman Azərbaycan səfirliyi ilə “şəxsi problemləri" olan bir adamda “Kalaşnikov” avtomatı və patronları olmasnı necə gözdən qaçırıb?

Terrorçu Tehrana rejimə qarşı hər gün iğtişaşların baş verdiyi əyalətlərdən birindən gəlib. Bu vilayətin Tehrana ən yaxın şəhəri 425 kilometr məsafədədir. Yəni “şəxsi problemləri” olan bir adam “Kalaşnikov”unu götürür və səfirliyə hücum etmək üçün paytaxta qədər gəlir?

Bundan əlavə, Azərbaycan Respublikasının İrandakı səfirliyini təkcə daxildən azərbaycanlılar deyil, xaricdən İranın təhlükəsizlik qüvvələri qoruyur. Və bu səfirlik məsələn, ABŞ-ın Moskvadakı səfirliyindən daha intensiv mühafizə olunur. Çünki Tehran uzun müddətdir ki, İsrail, NATO, ABŞ və Böyük Britaniyanın şimal qonşusunun ərazisindən əhalini rejimə qarşı etirazlara “təhrik etdiyinə” eyham vurur.

Azərbaycan xalqına, Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə qarşı misli görünməmiş yalan, böhtan və nifrətin qızışdırılması kampaniyasına görə Tehran molokratiyasının günahını danmaq olmaz. Ayətullahlar rejimi Azərbaycanın ətrafında elə bir nifrət mühiti yaratdı ki, atılan güllələr qaçılmaz oldu.

“Biz düşünmürük ki, Azərbaycanın İrandakı səfirliyinə hücum şəxsi səbəblərdən olub”, deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində bildirib.

“Son aylarda genişmiqyaslı anti-Azərbaycan təbliğatı İran mediasını bürüdü və hücuma təkan verdi. Azərbaycan həmişə İranla mehriban qonşuluğun tərəfdarı olub, lakin bu cür təxribatlar münasibətlərə mənfi təsir göstərir”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyində terror aktından 6 saat əvvəl İsrailə raket hücumu İranın tam maliyyələşdirdiyi və nəzarət etdiyi qrup tərəfindən həyata keçirilib.

Bundan əvvəl isə İsrail və Azərbaycan parlamentləri arasında bu yaxınlarda məktub mübadiləsi aparılıb və bu məktublaşma əsasən ümumi İran təhlükəsinə həsr olunmuşdu. Hər iki ölkə üçün zamanla belə sinxronlaşma şübhəli olmasa da, ən azı simvolik görünür. Onu da qeyd edək ki, İranın Azərbaycana qarşı apardığı təhrik kampaniyasının açıq-aşkar antisemitizm mənası var.

2022-ci ilin dekabrında İran sosial mediasında Azərbaycan prezidenti Əliyevi maska taxmış yəhudi kimi təsvir edən antisemit karikatura yayılmağa başlayıb. Karikatura “Rabbi İlham Alef” imzalıdır. Bu, Əliyevin guya yəhudi adına (İran antisemitlərinin anladığı kimi), yəhudi mənşəli və yəhudilikdəki mənəvi keyfiyyətlərinə işarədir. Karrikaturanın müəllifi Təbatəbai Universitetinin Tehran Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Ehsan Movahidiandır. O, Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (İran Silahlı Qüvvələrinin Baş Qərargahına tabe olan struktur) ilə əməkdaşlıq edir.

Həmin ay keçirilən və rəsmi olaraq “Qardaş yumruğu” adlanan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini İran dövlət mediası açıq şəkildə “sionistlər tərəfindən təşkil olunduğunu” yazmışdı. Beynəlxalq siyasət üzrə iranlı ekspert Afifeh Abedi “İran rejiminin mütərəqqi qanadı” ilə əlaqəli olan "Mardom Salari" saytına müsahibəsində deyib: “Sionist rejim, yəqin ki, Türkiyə-Azərbaycan təlimlərinin təşkilində böyük rol oynayıb”.

ISNA dövlət agentliyi bildirib ki, Bakı “İsrail, Türkiyə və NATO-nun təsiri ilə pozulduğu üçün Tehranın düşməninə çevrilib” və vəziyyət o həddə çatıb ki, Azərbaycan “sionist təsir dairəsi”ndə marionet kimi xatırlanır. İran mətbuatı Ankara ilə Bakını və öz növbəsində Mərkəzi Asiyanın digər türk dövlətlərini birləşdirən “Turan” dəhlizinin yaradılmasında lobbiçilik edən NATO-nun özü olduğunu iddia edir. Azərbaycanın Ayətullahların düşməninə çevrildiyini nəzərə alarsaq, Bakının regional düşməni Ermənistanı İranın yaxın müttəfiqi kimi qəbul etməsi təbiidir.

Azərbaycanın demonizasiyası prosesi 2023-cü ilin yanvarında da davam edib. Məsələn, etnik azərbaycanlıların yaşadığı bölgələrdə İranın bir sıra yüksək rütbəli din xadimləri iddia edirlər ki, "sionist yəhudilər dünyanı ələ keçirmək istəyirlər” və bütün həqiqi müsəlmanlar, onlara qarşı çıxması lazımdır. İran təbliğatı belə bir fikir yürüdür ki, bu “sionizm azərbaycanlılar üçün əsas təhlükədir” və yəhudilərin Azərbaycana sızması bu ölkənin hakimiyyət orqanlarının biabırçı əməlidir.

Vəziyyətin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin İranın bütün qonşuları və regionun sabitliyi üçün təhlükə yaratdığı göz qabağındadır. Bunu diqqətə almaq lazımdır...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar