Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa çərşənbə axşamı nəqliyyat kollapsı yaşaya bilər

Çərşənbə axşamı Makronun pensiya islahatına qarşı Fransada bütün ölkə boyu tətillər olacaq…

Fransada həmkarlar ittifaqının hökumətin pensiya sistemində planlaşdırdığı dəyişikliklərə etiraz olaraq yanvarın 31- də bütün ölkə boyunca tətillər elan edib.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, Fransa hökümət xüsusi ilə ölkənin nəqliyyat sektorunun tətildə aktiv iştirak etməsindən narahatdır. Fransanın nəqliyyat naziri Klement Bon Reuters -ə deyib ki, bu ictimai nəqliyyatın çökməsinə səbəb ola bilər.

“İctimai nəqliyyat üçün çox çətin gün olacaq. Biz çərşənbə axşamı ictimai nəqliyyatın fəaliyyətində böyük fasilələr gözləyirik”, deyə nazir bildirib.

Nazir qeyd edib ki, hökumət həmkarlar ittifaqları ilə danışıqlara hazırdır, lakin hökümət bu müzakirələrdə prezident Emmanuel Makronun təklif etdiyi dəyişikliklərin əsas məqsədini, pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılmasını müzakirə etməyəcək.

“İslahatın mahiyyəti dəyişməyəcək”, deyə Bon vurğulayıb.

Qeyd edək ki, Fransa hökumət təqaüd yaşının tədricən artırmağı planlayır. 2030-cu ilə qədər təqüd yaşı hər il üç ay artıtırılacaq və 2027-ci ildən etibarən işçilər tam pensiya almaq üçün 42 il deyil, 43 il sosial sığorta haqqı ödəməli olacaqlar.

Hökümətin bu islahat planı həmkarlar ittifaqlarının ciddi etirazına səbəb olub və onlar tətillər vasitəsi ilə höküməti bu islahatlardan vaz keçirməyə çalışırlar. Buna cavab olaraq Makron bildirib ki, əvvəllər olduğu kimi, Fransanın pensiya sistemi maliyyə cəhətdən etibarlı qala bilməz.

Etirazların birinci dalğası artıq yanvarın 19-da olub. Bu tətillər zamanı qatarların hərəkəti durdurulub, neft emalı zavodlarının işi dayandırılıb və elektrik enerjisi istehsalı azaldıldıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar